Avropa Məhkəməsi Rusiyanı "YUKOS"a görə 1,9 milyard avro cərimələdi

31.07.2014 - 19:59

Avropa İnsan Haqları Məhkəməsi “YUKOS” neft şirkətinin keçmiş
səhmdarlarının qaldırdığı iddia əsasında Rusiyanı 1,86 milyard avro
məbləğində cərimələyib.

Virtualaz.org saytı xəbər verir ki, qərar barədə məhkəmə bu gün məlumat yayıb.

İddiaya baxılması 2011-ci ildən davam edirdi. Qərara görə cavabdeh
tərəf 1,86 milyard avro kompensasiyadan əlavə məhkəmə xərcləri üçün 300
min avro ödəməlidir.

“YUKOS” səhmdarları qaldırdıqları iddiada Rusiyadan 98 milyard avro
tələb edirdilər. Bu baxımdan məhkəmənin kəsdiyi cərimə “simvolik” hesab
olunur.

Xəbər verildiyi kimi, bundan əvvəl Haaqa Arbitraj Məhkəməsi keçmiş
“YUKOS” səhmdarlarının iddiası əsasında Rusiyanın 50 milyard avro
təzminat ödəməsi barədə qərar çıxarıb. Bu qərarın səs-küyü səngiməmiş
Avropa İnsan Haqları Məhkəməsi Mixail Xodorkovskiyə məxsus olmuş və
səhmləri Rusiya dövlətinin nəzarətinə keçmiş “YUKOS” şirkətinin keçmiş
səhmdarlarının iddiası əsasında daha 1,9 milyard avro təzminat qərarı
verib.

Rusiyanın Ədliyyə Nazirliyi bildirib ki, Avropa Məhkəməsinin qərarını
başa düşmürlər. Nazirlik qərarın ədalətli olmadığını və Rusiya
qanunvericiliyinin nəzərə alınmadığını bildirib.

“Başa düşmürük ki, məhkəmə bu fırıldaqçıların iddiasını niyə təmin edib” – deyə nazirlik bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=10317

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31