Bu il orduda 50 nəfər dünyasını dəyişib
2014-cü
ilin yanvar-iyul aylarında Azərbaycan təhlükəsizlik və müdafiə
sektorunun itkiləri 50 nəfər təşkil edib. Ötən müddətdə 98 nəfər
yaralanıb və ya xəsarət alıb. Bu barədə “Doktrina” Jurnalistlərin Hərbi
Araşdırmalar Mərkəzinin məlumatında deyilir.
2014-cü
ilin yanvar-iyul aylarında Azərbaycan təhlükəsizlik və müdafiə
sektorunun itkiləri 50 nəfər təşkil edib. Ötən müddətdə 98 nəfər
yaralanıb və ya xəsarət alıb. Bu barədə “Doktrina” Jurnalistlərin Hərbi
Araşdırmalar Mərkəzinin məlumatında deyilir.
Məlumata görə, dünyasını dəyişənlərin 10-u döyüş (erməni gülləsi),
3-ü mina partlayışı, 37-si isə qeyri-döyüş itkiləridir. 10 nəfər
avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 6 nəfər qeyri-nizamnamə
(qanunazidd) hərəkətlərindən, 2 nəfər bədbəxt hadisədən (suda boğulma,
elektrik cərəyanı), 7 nəfər xəstəlikdən dünyasını dəyişib. 11 nəfər
intihar edib (asma, güllələmə, intihar). Dünyasını dəyişənlərin 42-si
Müdafiə Nazirliyinin, 3-ü Ədliyyə Nazirliyinin, 2-i Daxili Qoşunların,
3-ü Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır.
Yaralananların və xəsarət alanların (98 nəfər) 21-i qeyri-nizamnamə
hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 8-i intihara cəhddən, 15-i
erməni gülləsindən, 9 nəfər mina partlayışından, 3 nəfər qumbara
partlayışı, 2 nəfər təlimdə, 37-si avtoqəza nəticəsində, 2 nəfər bədbəxt
hadisədən (elektrik cərəyanı, yanıq) yaralanıblar və ya xəsarət
alıblar. 1 nəfər zəhərlənib. 83 nəfər Müdafiə Nazirliyinin hərbi
qulluqçusu, 7 nəfər Daxili Qoşunlar, 7 nəfər Dövlət Sərhəd Xidmətinin, 1
nəfərsə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayının
hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət
yerinə qayıdıblar.
Müvafiq dövrdə 1 nəfər hərbi çağırışçı avtomobil qəzasından dünyasını
dəyişib. Ötən dövrdə Azərbaycanın 10 mülki vətəndaşı erməni tərəfinin
gülləsindən yaralanıb, 2 nəfər dünyasını dəyişib. 2 Azərbaycan mülki
vətəndaşı Ermənistan tərəfindən girov götürülüb.
Eyni zamanda, 3 Ermənistan mülki vətəndaşı Azərbaycan tərəfə əsir
düşüb (hər üçü qaytarılıb). Ümumilikdə, Azərbaycanda bir erməni əsir və 5
mülki şəxs saxlanılır. Azərbaycanda saxlanılan Ermənistan vətəndaşları
Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin
üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər.
Onlar üçüncü ölkəyə göndərilmək arzularını bildiriblər.
Azərbaycanda saxlanılan digər şəxs isə hərbi əsirdir. Erməni silahlı
bölmələrinin hərbçisi Akop İnciqulyan 2013-cü il avqustun 7-dən 8-nə
keçən gecə qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində
Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.
Short URL: http://www.cumhuriyyet.net/?p=10318