Həbsdəki jurnalistə təbrik əvəzi

31.07.2014 - 20:27

nə həsəd aparıram, Pərviz!

Sənə həsəd aparıram, Pərviz!

Avqustun 1-i hüquq müdafiəçisi, jurnalist Pərviz Həşimlinin ad
günüdür. Pərviz bu ad gününü, möcüzə baş verməsə, türmədə keçirəcək.
Qızı – balaca Zeynəb üçün istədiyi süfrəni açmağı bacarmayacaq. Amma nə
qəm… Bu bəlkə də bir fürsətdi Zeynəbi görmək üçün. Türmə həyatını
bilənlər bilir ki, dustaq üçün bundan böyük bayram mümkünsüzdü.
Sentyabrda Pərvizin günahsız həbsindən bir il ötəcək. Onun
günahsızlığını Azərbaycan məhkəmələri özlərində cəsarət taparaq
təsdiqləyə bilmədi, dünya isə şükür ki, bizim məhkəmələr qədər ədalət
hissini itirməyib. Ona görə də Pərviz bu gün “vicdan məhbusu” olaraq
tanınır. Günahsız bir insanın bir il nədi, bir gün də azadlıqdan məhrum
edilməsi zülmdür. Ancaq nə edəsən, belə hallar olmasa da, biz vicdanın
Azərbaycanda diri olduğunu, bu ölkədə vicdana qarşı savaş elan
edildiyini indiki kimi asan sübut edə, göstərə bilməzdik. Bu da var,
“quldar cəmiyyətdə vicdanlı adamın özünü ən rahat hiss etdiyi yer
həbsxanadır”. Ona görə də hətta Pərvizə bir az həsəd də aparmaq olar. Ad
günün mübarək, Pərviz bəy! Ümidvarıq ki, bizi sonadək sınmaz iradənlə,
əqidənə sadaqətinlə təəccübləndirəcəksən.

Pərviz Həşimli Təvəkkül Qurbanov adlı şəxslə 2013-cü il sentyabrın
17-də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olunub. Onlara qarşı
odlu silah və döyüş sursatının qaçaqmalçılığı, odlu silah saxlama
maddələri ilə ittiham irəli sürülüb. Pərviz Həşimli ittihamları qəbul
etmir, T.Qurbanovun MTN-in adamı olduğunu deyərək, onun vasitəsilə
şərləndiyini və siyasi sifarişlə, saxta ittihamla həbs edildiyini bəyan
edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2014-cü il tarixli hökmü
ilə Pərviz Həşimli 8 il müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq
Amnistiya Təşkilatı onu “vicdan məhbusu” elan edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=10320

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31