"Fərqli düşüncəyə qarşı mübarizə davam edir"
Sülh və Demokratiya İnstitutunu (SDİ) Leyla Yunusun həbsi ilə bağlı müraciət yayıb
“Dünən, iyulun 30-da, saat 11.45-də SDİ direktoru, Teodor Xaker
mükafatının laureatı, Fransa Legion Ordeninin kavaleri, hüquq
müdafiəçisi Leyla Yunus Demokratik Qüvvələrin Milli Şurasının təşkil
etdiyi ölkədəki narkotrafiklə bağlı dinləmələrə getmək üçün evdən çıxıb.
Lakin avtomobilə yenicə oturmaq istəyərkən ona hücum olub. Maşını
dayandırıblar və 3 mülki geyimli avtomobilə əyləşib. Onlar Leyla Yunusu
naməlum istiqamətə aparıblar. Sonradan məlum olub ki, o, zorla Baş
Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə
aparılıb.
Eyni zamanda, bir neçə dəqiqə sonra 6 nəfər mülki geyimli mənzilə
soxulmaq istəyiblər, onun həyat yoldaşı Arif Yunusdan qapını açmağı
tələb ediblər. Əks-halda onlar qapını və ya pəncərəni sındırmaqla
mənzilə girməklə hədələyiblər. Amma Arif Yunus qapını açmaqdan imtina
edib, vəkillərə, jurnalistlərə, daxildəki və xaricdəki diplomatik
nümayəndəliklərə, beynəlxalq missiyalara zəng vurub.
Sonradan məlum olub ki, Leyla Yunusu vəkilsiz dindiriblər. Belə ki,
onun hüquqi nümayəndəsi Yusif Ağayevi Vəkillər Kollegiyasının üzvü
deyilmiş. Məlum olub ki, Leyla Yunusa qarşı ittiham irəli sürüləcək və
vəkilin iştirakına ehtiyac var. Ona görə vəziyyəti dəyişmək üçün Arif
Yunus öz vəkili Xalid Bağırovla könüllü olaraq Baş Prokurorluğa gediblər
və burada ikinci vəkil Cavad Cavadov gələnə qədər Bağırov müvəqqəti
vəkillik edib.
Yunusovların dindirilməsinin gedişatında tamamilə absurd, amma ağır
ittihamlar irəli sürülürüb: guya Yunusovlar hələ 1992-ci ildən
Ermənistanın xüsusi xidmət orqanları ilə sövdələşməyə giriblər və erməni
kəşfiyyatına agentlər cəlb etməklə məşğul olublar, eyni zamanda, bu
quruma hərbi sirlər ötürüblər. 2002-ci ildən isə xüsusilə daha fəal
olublar.
Bu ittihamlar daha çox hökumətyönlü mətbuatdakı məqalələrə bənzəyib,
nəinki peşəkar istintaq ittihamlarına. Axı agent rolunda və Ermənistanın
xüsusi xidmət orqanının əməkdaşı kimi QHT rəhbəri və jurnalist olan
Laura Baqdasaryan təqdim olunur. “Region” Araşdırmalar Mərkəzi uzun
müddətdir (2005-ci ildən ) Sülh və Demokratiya İnstitutu ilə Qarabağ
probleminin həlli yolu istiqmaətində əməkdaşlıq edir. Eyni zamanda,
onlar 2012-cu ildən Leyla Yunusla birgə yaratdıqları
Azərbaycan-Ermənistan VEB saytı (http://www.publicdialogues.info/)
yaradıblar. Bu sayt nəinki Azərbaycan, Ermənistan və Rusiya, eləcə də
Gürcüstan, Ukrayna, ABŞ və Avropa ölkələrinin iştirakı ilə online
konfranslar, video-körpülər və müzakirələrin keçirildiyi unikal bir
platforma idi. Bundan əlavə, beynəlxalq Qerd-Buserius mükafatı laureatı,
Azərbaycanın əməkdar jurnalisti Rauf Mirqədirovun “xalq diplomatiyası”
tədbirində iştirakına görə, 19 aprel 2014-cü il tarixdə həbsi ilə bağlı
Leyla Yunus və Laura Baqdasaryan aprelin 25-də birgə bəyanat
vermişdilər. (http://contact.az/docs/2014/Want%20to%20Say/042500076779ru.htm). Daha sonra Laura Baqdasaryan baş prokurorluğun absurd və gülünc ittihamlarına ictimai surətdə cavab da vermişdi.
(http://publicdialogues.info/node/768).
Buna görə də Yunusovlar onlara qarşı olan bütün ittihamları
qətiyyətlə rədd edirlər. Bunları gülünc, saxtakarlıq kimi qiymətləndirir
və hər biri ayrı-ayrılıqda bəyan edirlər ki, hər hansısa bir istintaq
hərəkəti yoxdur, onların həbsi üçün sifariş var. Baş Prokurorluğun
müstəntiqləri də məhz bu işlə məşğuldur. Bu səbəbdən konstitutsion
hüquqlardan çıxış edərək, onlar özlərinə və yaxınlarına qarşı ifadə
verməkdən imtina ediblər.
6 saatlıq dindirmədən sonra 18.10-da bu ittihamlar irəli sürülüb:
Leyla Yunusa qarşı Cinayət Məcəlləsinin 274-cü maddə (dövlətə xəyanət),
178.3.2 (külli miqdarda dələduzluq), 192.2.2 (qanunsuz sahibkarlıq),
213.2.2 (vergiləri ödəməkdən yayınma), 320.1. 320.2 (sənədlərin
saxtalaşdırılması), Arif Yunusa qarşı isə 274 (dövlətə xəyanət) və
178.3.2 (külli miqdarda dələduzluq).
Bu, ən ağır maddələrdir, onların arxasında 15 ildən ömürlüyə qədər
həbs təhlükəsi dayanır. Ən əsası bu maddələr əsasında keçirilən
proseslər qapalı olur, ictimaiyyət, ən yaxın qohumlar belə məhkəmələrdə
iştirak edə bilmirlər. Son illərin təcrübəsi də göstərir ki,
Azərbaycanda məhkəmələr istintaqın bütün sübutsuz tələbləri ilə
razılaşır.
Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq
İdarəsinin baş müstəntiqi İbrahim Ləmbəranski qərara alıb ki, Arif Yunus
bu yaxınlarda qan təzyiqi böhranı yaşayıb və bu səbəbdən də ona polis
nəzarətinə götürməklə bağlı qətimkan tədbiri seçilsin. Leyla Yunus isə
Nəsimi Rayon Məhkəməsinə aparılıb və saat 19.00-da 3 aylıq həbs qərarı
verilib.
Bütün bunlar fərqli düşünənlərə və xüsusən də hüquq müdafiəçilərinə
qarşı hakim kriminal rejimin apardığı mübarizənin qanunauyğun yekunu
idi. Bu mübarizənin önündə Sülh və Demokratiya İnstitutu və şəxsən Leyla
Yunus dayanırdı. Onlar dəfələrlə repressiya və təhdidlərin qurbanı
olublar.
2009-cu ildə Daxili İşlər Nazirliyinin bir sıra yüksəkçinli
zabitlərinin iştirak etdiyi insan alverinə dair konkret faktların dərc
olunmasından sonra Leyla Yunusa qarşı Ramil Usubov iddia qaldırıb
(Beynəlxalq kampaniyadan sonra iddia geri götürüldü), onun ailəsi və
yaxınlarına təzyiqlər başlayıb. Nəticədə qızı Dinara Yunus və SDİ
əməkdaşı Cavanşir Hüseynov xaricə mühacir etməyə məcbur olublar.
2011-ci ildə Leyla Yunus 2009-2011-ci illərdə Bakı sakinlərinin
mülklərinin qanunsuz dağıdılması zamanı korrupsiya mexalizmləri haqda
araşdırma dərc edib. Bu araşdırmada göstərib ki, 60 mindən çox
vətəndaşın öz mülklərindən məhrum olması ilə nəticələnən inzibati
cinayəti kim və necə edib.
10 avqust 2011-ci ildə “New York Times”-da bu barədə müsahibəsi dərc
olunub, 11 avqust isə SDİ-nin də yerləşdiyi şəxsi evi içərisindəki bütün
əmlak və sənədlərlə birgə buldozerlə dağıdılıb (evin necə dağıdılması
kadrlarını bu videoda görmək olar (http://www.azadliq.org/content/article/24294298.html).
Son zamanlar isə Azərbaycan hakimiyyətini SDİ-nin və şəxsən Leyla
Yunusun siyasi məhbusların vəziyyəti, erməni həmkarları ilə birgə
sülhyaratma fəaliyyəti qıcıqlandırırdı. Bütün bunların hamısı İlham
Əliyevin müharibə ritorikası və guya ölkədə siyasi məhbusların olmaması
fonunda baş verirdi.
15 yanvar 2014-cü ildə prezident İ.Əliyev Brüsseldə çıxışı zamanı
elan edib ki, Azərbaycanda siyasi məhbus yoxdur. Bir həftə sonra Leyla
Yunus siyasi mıhbusların və “vicdan məhbusları”nın siyahısını təqdim
edib, 15 aprel 2014-cü ildə isə bu siyahı vətəndaşlara qarşı irəli
sürülən ittihamların saxtalığını üzə çıxaran dolğun məlumatlarla birgə
“Turan İA”-nin saytında yerləşdirilib. SDİ daim ingilis və rus
dillərində siyasi repressiya qurbanlarının siyahını yeniləyir. 8 iyul
2014-cü ildə bu siyahıda 109 siyahı qurban var (http://ft.contact.az/?p=14).
28 aprel 2014-cü ildə Yunusovlar “European Endowment for Democracy”
təşkilatının dəvətilə ilə Brüsselə uçarkən hava limanında qanunsuz
məhkəmə qərarı olmadan saxlanılıb. Saxlanılarkən onların pasportları
alınıb, axtarış aparılıb və bu zaman şəxsi sənədləri və kompyuterləri
götürülüb. Həmin vaxt Arif Yunus qan təzyiqi krizisi keçirib və
reanimasiyaya yerləşdirilib, Leyla Yunus isə 26 saatlıq dindirilməyə
məruz qalıb.
Həmçinin, SDİ əməkdaşlarına təzyiq cəhdləri olub. 1-2 mayda
prokurorluq institutun 2001-ci ildə yaratdığı Qadın Krizis Mərkəzinin
rəhbəri Mətanət Əzizovanı 8-10 saat dindirib. M.Əzizovadan tələb olunub
ki, Leyla Yunusun cəsusluq fəaliyyəti ilə bağlı ifadə versin və əks
halda onu həbslə hədələyiblər. 3 mayda M.Əzizova Azərbaycanı tərk etməyə
məcbur olub. Buna cavab olaraq 22 may tarixində Azərbaycan-Gürcüstan
sərhədini keçmək istəyərkən M.Əzizovanın əri və oğlu saxlanılaraq geri
qaytarılıb. Həyat yoldaşı Eldar və 18 yaşlı oğlu Camal Əzizova
Azərbaycanı tərk etmək qadağan olunub. Sərhəd Xidmətinin əməkdaşları
prokurorluğun qərarına istinad ediblər. Əzizovlar ailəsini girov kimi
saxlayırlar.
Bundan sonra da kriminal rejimlə mübarizə davam edib, bütün bunlar
hakimiyyəti çox qıcıqlandırıb, xüsusən də prezidenti. Çünki Leyla Yunus
onun ünvanına 2 açıq məktub göndərmişdi. Məktublarlnda o, prezidenti öz
repressiya siyasətindən əl çəkməyə, bütün siyasi məhbusları azad etməyə
və ölkədə demokratik islahatlara başlamağa çağırmışdı.
Prezident İlham Əliyeva açıq məktub- http://www.contact.az/docs/2014/Want%20to%20Say/062400082486ru.htm
Vahimələnməyi dayandırın cənab prezident! – http://www.contact.az/docs/2014/Want%20to%20Say/073000085556ru.htm
Eyni zamanda, SDİ direktoru Leyla Yunusun rəhbərliyi ilə yeni aksiya
başlayıb. 9 iyun 2014-cü ildə institutun nəzdində Repressiyaya Müqavimət
Mərkəzi yaradılıb və 17 iyulda 2015-ci ildə Azərbaycanda keçiriləcək
Avropa Olimpiya Oyunlarını boykot kampaniyasına start verilib (bəyanatın
mətni-“Avtoritar ölkələr olimpiya oyunları üçün deyil “(http://www.contact.az/docs/2014/Want%20to%20Say/072300085057ru.htm).
Bu boykot kampaniyası hökumətdə dərhal ciddi qorxu yaradıb və onlar
Leyla Yunusu dayandırmağa gəliblər, Azərbaycan xalqının, eləcə də Qərb
ölkələrinin susqun qalacağına ümid edirlər.
Yunusovlar ailəsinin bu cür misli görünməmiş kobudluqla saxlanılması
və həbsini də ancaq bununla izah etmək olar. Axı yaxşı məlumdur ki, 60
yaşlı Leyla Yunus ciddi xəstədir, o, şəkərli diabetdir və yalnız
dərmanlara deyil, xüsusi qidaya ehtiyac duyur. Buna görə də onun həbsdə
saxlanılması – hüquq müdafiəçisinin vaxtsız vəfatına gedən yoldur.
Amma biz bəyan etmək istəyirik ki, SDİ öz fəaliyyətini davam etdirir.
Digər tərəfdən inanırıq ki, Azərbaycan xalqı susmayacaq, hakimiyyətdən
də qorxmayacaq. Eyni zamanda, beynəlxalq ictimaiyyət də müşahidə
mövqeyini tutmayacaq.
Biz bütün azadlıq və demokratiya ideallarına sadiq olan hər kəsə,
Azərbaycanda fərqli düşünən insanlara və hüquq müdafiəçilərinə qarşı
münasibətin dəyişməsinə nail olmaq üçün mübarizəyə qalxmağa çağırış
edirik!
Sizin və bizim azadlığımız naminə!
SDİ-nin mətbuat xidməti, Bakı, 31 iyul, 2014-cü il.
Short URL: http://www.cumhuriyyet.net/?p=10321