İsrail 11 nəfərlik ailəni necə məhv etdi

31.07.2014 - 20:51

Washington postdan möhtəşəm yazı

“The
Washington Post” dünyanı sarsıda biləcək faciəni gözlər önünə sərdi.
İsrail ordusu bir raket zərbəsi ilə Qəzza zolağında yaşayan 11 nəfərdən
ibarət bütöv bir ailəni yer üzündən silib.

Qəzet yazır ki, Balata ailəsi də
İsraili sevmirdi, ancaq onlar Hamasdan da uzaqda durmağa üstünlük
verirdi.  İsrailin Gəzzaya hücumu başlayandan bu böyük ailə raket
zərbələrindən yayınmaq haqqında çox düşündü.  İsrail ilə Hamasın
ambisiyaları arasında qalan ailə sonda faciəli aqibətdən qurtula
bilmədi.
Raketin dağıtdığı tikilinin altından insanlar 1 kişinin, 8 qadının,
bir oğlan uşağnın cənazəsini və ölüm ayağında olan bir südəmər körpəni
çıxarıblar . Cənazələr müsəlman adətinə uyğun ağ kəfənə tutulub.
Məqalə müəllifi yazır ki, Gəzzada ailə üzvülərinin hamısının bir
yerdə olması yanlış hesab olunur. Yerli insanlar düşünürlər ki, bir
ailənin heç olmasa bir hissəsi öləndə, digər hissəsi onların dəfnini
təşkil etmək imkanında olmalıdır. Həm də ailənin bir hissəsi öləndə
digər hissəsi nəslin davam etməsini təmin etməlidir…
Ancaq rəsmilər bildirirlər ki, ailə üzvülərinin bir yerdə olmasını
arzu edənlər də çoxdur. Onların düşüncəsinə görə, ailə ya bir yerdə
yaşamalıdır, ya da bir yerdə dünyadan köçməlidir…
BMT-nin Gəzzada olan təmsilçisi Adnan Abu Hasna deyib ki, 200 min
fələstinli  85 məktəbdə yerləşdirilib. Onlardan çoxu ailə başçısını
itirib: “Təhlükədən qorunmaq üçün ailənin bir yerə toplaşması  ruhi
məsələdir. Burada ərəb düşüncəsinin də təsiri var. Onlar düşünürlər ki,
əgər biz ölürüksə, ailə kimi bir yerdə ölək. Belə daha yaxşıdır…”
Balata ailəsi də bir yerdə ölməyi seçim edən ailələrdən biridir…
İxtisasca elektrik olan 45 yaşlı Naim Balata 3 gün öncə xanımı, 6
qızı, bir oğlu ilə böyük qardaşının evinə gəlib. 20 yaşına yenicə girmiş
Alah da onlarla olub. İsrail ordusu onlara xəbərdarlıq edib ki, ərazidə
Həmasla bağlı hərbi əməliyyatlar keçirilir, onlar ərazini tərk
etməlidir.
Şahidlər bildirirlər ki, Balata ailəsinin qaldığı evin damının
beton örtüyü olmayıb. Nəticədə raketin dağıdıcı güçü maneəsiz halda
sığınacağı darmadağın edib.
Naimin qardaşı Əbdül Kərim deyib ki, raket partladıqdan sonra
qardaşımın ailəsinə yardım etmək üçün özümü içəri atdım:”Yəhyanın
sifətinin yarısı yox idi. Onun yanında isə onun 14 aylıq adaşı can
verirdi. Qolunun biri qopmaq üzrə olan körpə qan içində idi. Mən butün
bunları görəndə özümdən getdim. Bir də xəstəxanada gözümü açdım…”
Sürücü kimi Fələstin mediasında çalışan Əbdül Kərimin ailəsi
qardaşının digər ailə üzvülərinin də cəsədlərini dağıntıların altından
çıxarda biliblər…
Axşam düşəndə Balata ailəsinin üzvüləri bir addımlıqdakı
qəbiristanlıqda torpağa tapşırılıb. Bir gün sonra isə 14 aylıq körpə də
xəstəxanada keçinib. Onu da ailə üçvüləri ilə bir yerdə dəfn ediblər…
Qəzet yazır ki, xöşbəxtlikdən ailənin bir üzvü Alah sağ qalıb. Və
o, atasının adını daşıyacaq tək kişidir. Alah məqalə müəllifinə Yəhyanın
cib telefonuna çəkdiyi son fotosunu nümayiş etdirib: ” Bu foto
çəkiləndə o, o qədər xoşbəxt idi ki. İmtahanlardan əla qiymət almışdı.
Böyük arzuları vardı…”
Əbdül Kərim faciə ilə bağlı qəzetə məlumat verərkən deyib ki, o,
hər iki tərəfdə öldürülən insanlara görə acıyır, zoraklığı rədd edir:
“Israilin uşaqları onlar üçün əzizdir, biz də öz uşaqlarımızı çox
sevirik…”
Ölənlər arasında Əbdül Kərimin qızı da var. Ata deyib: “Onlar mənim
ailəmi məhv etdilər. Qızımın ən böyük arzusu həkim olmaq idi.  BMT-də
çalışmaq istəyirdi…”
Elbəyi Həsənli
P.S: Qeyd edək ki, məqalədə fələstinlilərin faciəsi son dərəcə
təsirli şəkildə öz əksini tapsa da, müəllif İsrailin müdafiəsi üçün də
müəyyən manevrlər edib. Təbii qarşılanmalıdır. İsrail mövzusu ABŞ
mediasında senzuraların həssas nəzərləri altındadır. Bəli, kimsə təəccüb
etməsin. ABŞ mediası özü bu faktı ara-sıra etiraf edir…

Short URL: http://www.cumhuriyyet.net/?p=10323

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31