Elman Rüstəmov Vyana məhkəməsində dindiriləcək
Mərkəzi Bankın rəhbəri Vyanadakı “rüşvət məhkəməsində” ifadə verməsi məsələsi qaldırılıb
Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun da adı keçən cinayət işi üzrə növbəti məhkəmə prosesi avqustun 5-də olacaq. Qeyd edək ki, söhbət söhbət Avstriya Mərkəzi Bankının
“Oesterreichische Banknoten-und Sicherheitsdruck GmbH” (OeBS) adlı
törəmə şirkətinin Azərbaycan və Suriya üçün pul əskinaslarının çapına
dair bu ölkələrdə müqavilələr bağlamaq üçün həmin dövlətlərin Mərkəzi
bank rəhbərlərinə rüşvət verilməsindən gedir.
Yəni Azərbaycan və Suriya Mərkəzi banklarının rəhbərləri pul çapı
üçün verdikləri sifarişə görə böyük məbləğdə maliyyə vəsaiti əldə
ediblər. 2005-2011-ci illərdə Azərbaycan və Suriyanın Mərkəzi
banklarının rəhbərləri – Elman Rüstəmov və Adib Mayale də daxil olmaqla,
bu ölkələrin rəsmilərinə ümumilikdə 14 milyon avro məbləğində pul
verilib. Konkret olaraq, bu ölkələrin pul çapı üçün ödədikləri vəsaitin
Suriyaya 14, Azərbaycana isə 20 faizi qaytarılıb.
Onların arasında Avstriya Mərkəzi Bankının sədr müavini, bankın pul
əskinaslarının çapı ilə məşğul olan bölməsinə rəhbərlik etmiş 63 yaşlı
Volfqanq Duçazek də var. Məlumata görə, növbəti
prosesdə Elman Rüstəmovun məhkəmədə ifadə verməsi məsələsi yenidən
gündəmə gətiriləcək. Xatırladaq ki, bundan əvvəl də Elman Rüstəmovun
məhkəmədə ifadə verməsi məsələsi qaldırılıb. Azərbaycan hakimiyyəti
bütün cəhdləri ilə bunun qarşısını almağa çalışıb. Daha sonra
videokonfrans yaradılıb Elman Rüstəmovun bu vasitəsilə dindirilməsi
qərara alınıb. Göründüyü kimi məhkəmə Elman Rüstəmovun dindirilməsində
israrlıdır.(azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=10326