"Neftçi" – "Çixura" oyununda erməni bayrağı

01.08.2014 - 00:13

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına start veriib. Avropa.info-nun məlumatına görə, Azərbaycan təmsilçisi  “Neftçi”
ilə Gürcüstanın “Çixura” klubu ilə qarşılaşmanın birinci hissəsinin
sonuna yaxın ara qarışıb. Tofiq Bəhramov adına Respublika stadionunda “Nefttçi” komandasının
azarkeşləri ilə “Çixura” tərəfdarları arasında qarşıdurma yaranıb.
Qarşıdrumanı yatırmaq istəyən polislərə azərbaycanlı azarkeşlər rəqib
komandanın tərəfdarlarının Ermənistan bayrağını qaldırdığını
bildiriblər. Stadionda olan Avropa.info-nun əməkdaşı xəbər verir ki, polis azarkeşləri uzun müddət sakitləşdirə bilməyib.
Avropa Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə heç-heçə edən
“Cixura”nın baş məşqçisi Samson Priudze oyundan sonra jurnalistlərin
suallarını cavablandırıb.

Baş məşqçi “Çixura”nı dəstəkləmək üçün Bakıya gələn gürcü
azarkeşlərin Azərbaycanın ərazi bütövlüyünə təhqir etməsinə də münasibət
bildirib. Qeyd edək ki, gürcülər Azərbaycanın iki rayonunu Gürcüstan
ərazisi kimi göstərən xəritə açıblar. Priudze buna görə Azərbaycan
xalqından üzr istəyib: “Üzr istəyirəm. Biz bu hərəkəti pisləyirik. Bizə
qarşı burda qonaqpərvərlik göstərən azərbaycanlılar yaxşı qonşumuzdur.
Üzrümüzü qəbul edin”.

Jurnalistlərdən birinin
Gürcüstanda türk jurnalistlərə qarşı edilən hərəkət barədə sualı maraq
doğurub. Jurnalist azərbaycanlılarla türklərin eyni millət olduğunu
xatırladıb və Priudzedən Bakıda bu hərəkətin cavabını alacaqlarından
qorxub-qorxmadıqları barədə soruşub. Gürcü məşqçi isə yenə də sualdan
yayınmağa çalışıb: “Biz sizinlə yaxşı qonşuyuq. Sizin jurnalistləri
Gürcüstanda gözləyirik. Mən Azərbaycanı sevirəm”. 

Short URL: http://www.cumhuriyyet.net/?p=10329

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31