3 tonluq heroinlə bağlı yeni şok

01.08.2014 - 00:31

Heroin ölkəmizə daha artıq çəkidə daxil olub; Aran rayonlarının birində
saflaşdırılıb, Sumqayıtda qablaşdırılıb; 167 milyonluq həmin yükün
daşınmasından hansı vəzifəlinin və neçə faiz alması, qazanması sualı isə
bu gün də açıq olaraq qalır!

Heroin ölkəmizə daha artıq çəkidə daxil olub; Aran rayonlarının birində saflaşdırılıb, Sumqayıtda qablaşdırılıb; 167 milyonluq həmin yükün daşınmasından hansı vəzifəlinin və neçə faiz alması, qazanması sualı isə bu gün də açıq olaraq qalır!

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN)
məlum antiheroin əməliyyatından 20 gün ötdü. Bu əməliyyat Qafqaz
respublikaları üzərindən daşınan və ələ keçən fantastik qiymətdə, rekord
çəkidə olan narkotik partiyası idi – 2 ton 790 kiloqram saflaşdırılmış
əfqan mənşəli heroin! Azərbaycan ərazisinin Əfqanıstandan Avropaya
uzanan narkotik yolunun bir hissəsi olması ən müxtəlif beynəlxalq
təşkilatların hesabatlarında yer alıb. Ölkəmizin yerləşdiyi coğrafi
ərazi Azərbaycanı narkomafiya üçün çox önəmli bir məkana çevirib. Yerli
məmurlar da bu faktı təkzib etmirlər. Narkoyol zəncirinin bir halqası da
qonşu Gürcüstandır. İllərdir ki, narkomafiya Əfqanıstandan İrana,
İrandan ölkəmiz üzərindən Gürcüstana, oradan Türkiyə üzərindən
 keçirməklə Avropaya “ağ ölüm” daşıyır. Ümumiyyətlə isə narkotiklərin
daşınmasında şimal və cənub marşrutu var. Həmin marşrutlar bunlardır:
Əfqanıstan-İran-Azərbaycan-Gürcüstan-Avropa. Əfqanıstan-Orta
Asiya-Azərbaycan-Gürcüstan-Avropa.
Əfqanıstan-İran-Azərbaycan-Rusiya-Avropa. Əfqanıstan-İran-Dağlıq
Qarabağ-Ermənistan.  
Beynəlxalq narkotrafikin
mühüm zənciri olan Azərbaycanda bir neçə narkotik saflaşdırma
məntəqəsinin varlığı haqda ötən illərdə yazılar dərc etmişik. Son
məlumatlara görə Gürcüstanda tutulan yükün çəkisi Azərbaycana daxil
olarkən artıq olub! Həmin yükün bir hissəsinin ölkəmizdə qaldığı və
saflaşdırıldığı iddia olunur. Saflaşdırma ərazisi kimi Aran
rayonlarından biri, yükün təkrar qablaşdırma ərazisi kimi isə Sumqayıt
şəhəri göstərilir. Qeyd olunur ki, narkomafiyanın Azərbaycanda olduğu
kimi Gürcüstan ərazisində də dayaq məntəqələri  var. Azərbaycan Milli
Təhlükəsizlik Nazirliyinin (MTN) narkotiklərin qanunsuz dövriyəsinə
qarşı idarədə məsul vəzifə tutmuş, hazırda təqaüddə olan Arzu Nağıyev
“Yeni Müsavat”a müsahibəsində demişdi ki, Gürcüstanda da belə məntəqələr
var: “Gürcüstan həmin yükü harada tutulmasını açıqlamır. Niyə? Həmin
yük Azərbaycan ərazisindən daşınanda bir adda, Gürcüstanda tutulanda isə
başqa adda olub. Həmin yükün adını, daşındığı qablar üzərindəki
etiketləri kim dəyişib? Ola bilsin ki, Gürcüstanın ərazisində
“perevaloçnı punkt” (keçid, tranzit məntəqəsi) var! Yəni Azərbaycandan
başqa mal aparılıb və həmin yükün “perevaloçnı punkt”da tərkibi
dəyişdirilib, üzərinə başqa malın etiketləri vurulub. Gürcüstan polisi
həmin malı Türkiyə ilə sərhəddə tutub. Yəni Azərbaycan sərhədini keçən
kimi tutmayıblar. Həmin maşın Gürcüstan ərazisi ilə on kilometrlərlə yol
gedib. Həmin marşrut üzərində “perevaloçnı punkt”un olmasını istisna
etmirəm. Azərbaycan sərhədində heç kim o boyda partiya heroini buraxmaz”
– deyə Arzu Nağıyev bildirmişdi. 
A.Nağıyev bu
məqama təsadüfən toxunmur. Mümkündür ki, o, konkret məlumata
əsaslanaraq belə bir fikir söyləyir. Belə olan halda narkoşəbəkənin
Gürcüstan ərazisində ölkəmizdə olduğu kimi qüsursuz çalışa bilməməsinin
səbəbi nədir? Məlumdur ki, narkomafiyanın ərazisindən narkotik daşıdığı
ölkələrdə güclü himayəçiləri olur. Azərbaycan da, Gürcüstan da bu
baxımdan istisna deyil. Gürcüstanda məlum əməliyyatın baş tutmasının göz
önündə olan səbəblərindən biri və ən əsası hakimiyyət dəyişikliyi, əsas
postlara yeni kadrların təyin olunması, bu Qafqaz ölkəsinin okeanın o
tayından idarə edilməsidir. Sonda bir məqama da toxunaq. Rəsmi
məlumatlara görə 1 kiloqram heroinin qiyməti 60 min dollardır. Həmin
rəqəmi 2 ton 790 kiloqrama vursaq 167 milyon 400 min dollarlıq heroinin
cəmi 1 maşınla ölkəmiz ərazisindən keçdiyini görürük. Narkomanlar
arasında “Tanrının göz yaşı” adlandırılan bu yükün Azərbaycan
ərazisindən sərbəst keçməsi, heç şübhəsiz ki, böyük pullar hesabınadır.
Və bu çirkli paranın sıradan bir narkobaronun cibinə axması sadəcə
inandırıcı deyil. O səbəbdən ki, həmin narkobaronun yükün hüquq mühafizə
orqanlarının əlinə keçməyəcəyinə qarantiya verməsi 167 milyonluq həmin
yükün daşınmasından hansı vəzifəlinin və neçə faiz alması, qazanması
sualı bu gün də açıq olaraq qalır.(musavat.com)
Xatırladaq
ki, iyulun 11-də Gürcüstan Daxili İşlər Nazirliyi beynəlxalq
narkotrafikin qarşısının alınması haqda rəsmi məlumat yayıb. Bəlli olub
ki, Azərbaycandan Gürcüstan ərazisinə daxil olan yük maşınında 2 ton 790
kiloqram “maye heroin” tutulub. Gürcüstan güc strukturlarının
əməkdaşları avtomaşının yük yerində içərisində heroin olan 93 ədəd 30
kiloqramlıq çəllək aşkar ediblər. İki nəfər Gürcüstan vətəndaşı
saxlanılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=10330

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31