İbrahim Nehrəmlinin Xəzərdə batırdığı milyonlar
Ekspertlər “Xəzər adaları”nı iflas hesab edir, açılış günü isə şok aksiya olacaq
olaraq yeni şəhər sayılan layihə ilə bağlı araşdırmalar davam edir. Süni yaradılmış 78 adanın
üzərində yerləşəcək, 19 mikrorayondan ibarət olacaq “Xəzər adaları” 3350
hektar ərazini əhatə edir. Arxipelaqın ümumi sahəsi 30 kvadrat
kilometr, uzunluğu 10, eni isə 6 kilometrdir. Bu rəqəmlərin nə demək
olduğunu təsəvvür etmək üçün, hamıya yaxşı məlum olan Babək prospektinin
uzunluğunun cəmi 4 kilometr olduğunu qeyd etmək kifayət edər.
layihəyə qoyulması məntiqsiz və perspektivsizdir
icraçısı “Avesta” konserni 3 il əvvəl bu işə başlayıb. Hal-hazırda yeni
şəhərin girişi sayıla biləcək körpü, restoran kompleksi, 4 kilometrlik
dənizkənarı bulvar və 4 əsas adadan 1-i tikilib. İndi isə özündə 40-50
əsas yaşayış binasını birləşdirəcək daha bir adanın tikintisi davam
edir. Bu adada 100 min insanın yaşaması nəzərdə tutulur. Tikinti tam
başa çatandan sonra şəhərdə daimi olaraq 800 min sakinin və əlavə olaraq
200 min turistin yaşaması nəzərdə tutulur. 2026-2030-cu illərdə şəhərin
tikintisinin dördüncü mərhələsinin başa çatdırılması nəzərdə tutulur.
şəhərin daha bir özəlliyi dünyada ən hündür binanın – “Azerbaijan
Tower”in tikintisi olacaq. Hündürlüyü 1050 metr olacaq binanın tam
tikintisi 2022-ci ildə başa çatdırılmalıdır. Qeyd etmək lazımdır ki,
öncələr layihədə binanın hündürlüyü indikindən 10 metr az göstərilmişdi,
lakin Konsern planları dəyişdi və dünyada ən hündür binanın tikilişinə
qərar verildi. Bu vaxta qədər tikinti yalnız “Avesta”nın maliyyəsi
hesabına həyata keçirilsə də, bundan sonra Konsern layihəyə xarici
sərmayəçilərin cəlb olunması üçün fəaliyyətə başladı. Son 1 il ərzində
bir çox investorlar bu layihəyə maraq göstəriblər. Konsernin rəhbərliyi
artıq Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Çin,
Qətər, ABŞ, Bəhreyn, Kanada və Türkiyədən olan bir çox sərmayəçilərlə
danışıqlar aparır.
binanı istisna hesab etsək, adalardakı əsas yaşayış binaları 25
mərtəbədən ibarət olacaq. Adalarda tikinti işləri davam etsə də, artıq
mənzillərin satışına başlanılıb. 250 min mənzildən birinə sahib olmaq
üçün istənilən insana 2 illik faizsiz kreditlə və ya 15 illik ipoteka
ilə mənzilləri almaq imkanı verilir. Mənzillərin kvadrat metrinin
qiyməti 3500 manatdan başlayır.
əhaliyə bir çox yüksək səviyyəli dünyaca məşhur otel şəbəkələri xidmət
göstərəcək. Amma ekspertlər hesab edirlər ki, adalarda yaradılacaq
cah-cəlal orta statistik azərbaycanlının cibinə uyğun olmayacaq. “Bizim
Yol”un müraciət etdiyi müstəqil ekspertlər, ümumiyyətlə, bu yeni şəhərin
salınmasının məntiqə uyğun olmadığını bildirdilər. Onların fikrincə,
Azərbaycan əhalisinin 1/3-i, yəni 3 milyon insan paytaxt Bakıda yaşayır.
Belə olan halda, paytaxta bitişik milyonluq şəhərin tikintisinə nə
ehtiyac var?
tikintinin yeri də uğurlu seçilməyib. Yaxınlıqda sement zavodları, kimya
müəssisələri və gəmiqayırma zavodu var. Səngəçal Neft Terminalı və
tikintisi davam edən yeni liman da “Xəzər adaları”ndan o qədər də uzaqda
deyil. İqtisadçı-ekspertlər bu qədər böyük investisiyaların belə
layihəyə qoyulmasını məntiqsiz və perspektivsiz hesab edirlər.
Beləliklə, “Bizim Yol” Hacı İbrahimin sözügedən layihəsinin nə dərəcədə
səmərəli və uğurlu olub-olmaması məsələsini Rusiyanın nüfuzlu
mütəxəssisləri ilə müzakirə edib.
iqtisadçı, “Alpari” analitik departamentinin direktoru Aleksandr
Razuvayevin fikrincə, “Xəzər adaları” əvvəlcədən göstərilən həcmdə
reallaşmayacaq: “Çünki tikintinin maliyyə xərcləri barədə mütəmadi
olaraq göstərilən rəqəmlər bir-birindən kəskin fərqlənir. Göstərilən bir
rəqəm Azərbaycanın ümumdaxili məhsuluna bərabərdir. Hesab edirəm ki,
Rusiyada da haqqında sözü gedən Hacı İbrahimin bu layihəsinin ciddi
ixtisarlara ehtiyacı var. Belə ki, həmin proyektin reallaşa bilməsi
üçün, həm miqyası, həm də büdcəsi xeyli dərəcədə azaldılmalıdır. Yalnız
bu halda ölkə xaricindən cəlb edilən investisiyalar da daxil olmaqla, bu
layihə reallaşdırıla bilər. Əminliklə deyə bilərəm ki, layihəyə cəlb
edilən xarici maliyyənin də bir hissəsinin arxasında Azərbaycan
oliqarxları və məmurları dayanacaq”.
Rusiyanın NTV telekanalında “Xəzər adaları” barədə gedən bir sujeti də
xatırlatdı: “Orada deyilirdi ki, Hacı İbrahimin layihəsinin “gözünü”
dünyada ən hündür bina olacaq “Azerbaijan Tower” təşkil edəcək. Bu tipli
sujetləri efirə verməkdə məqsəd proyektin piarına xidmət edirdi.
Biznesmeni təbrik etmək olar: piar uğurlu oldu, amma iqtisadi cəhətdən
yanaşsaq, heç bir piar layihəyə xərclənməsi nəzərdə tutulan bu qədər
pula dəymir. Əlbəttə ki, adada olan yaşayış binaları və ticarət
obyektləri rusiyalı biznesmenlərin diqqətini cəlb edəcək və bu obyekt
onları alanlara yaxşı gəlir gətirə bilər. Amma bunun üçün əvvəlcə həmin
obyektləri tikmək lazımdır. Ayrıca, xüsusi vurğulamaq istəyirəm, həmin
obyektlər qeyd etdiyim kimi, hansısa daxili və əcnəbi iş adamlarına
cazibədar gələ bilər, lakin tikintiyə qoyulan investisiyalar onun orta
statistik azərbaycanlının büdcəsinə heç cür uyğun gəlməyəcəyini
göstərir. Yəni bu kompleks əhalinizin böyük əksəriyyəti üçün maraq kəsb
etməyəcək. Digər tərəfdən, ümumi tikintinin ilkin qiymətləndirilməsi
layihəsi 100 milyard dollardan çox göstərilir ki, bu məbləğin də hətta
xarici sərmayəçilərin cəlb olunmasından sonra belə tapılıb tikintiyə
yatırılması real görünmür”.
olduğumuz digər mütəxəssis – iqtisadi şərhçi Viktor Qimbarovski
azərbaycanlı biznesmenin bu layihəsini həcminə görə Dubayın tikintisinə
bənzətdi, amma “Xəzər adaları”nın iqtisadi cəhətdən olduqca riskli bir
layihə olduğunu qeyd etdi: “Azərbaycan iqtisadiyyatı enerji
ehtiyatlarının satışından əldə olunan xarici valyuta axınını daim hiss
edir. Amma iqtisadi qeyri-sabitliyi nəzərə alsaq, dünya maliyyə
sistemində neft hasilatından əldə olunan gəlirlərin saxlanılması üçün
etibarlı aktivlər yoxdur. Çünki dollar da daxil olmaqla, bir çox xarici
valyutalar əmtəə məhsullarına münasibətdə alıcılıq qabiliyyətlərini
sürətlə itirirlər. Ona görə də iqtisadiyyatı daha çox neft-qaz satışı
üzərində qurulmuş ölkələrdə iri infrasruktur layihələrin həyata
keçirilməsi xeyli dərəcədə riskli qərardır. Misal olaraq, Soçi
Olimpiadasından əvvəl Rusiyada faktiki olaraq yenidən tikilən
infrastrukturları göstərmək olar”.
perspektivliyinə gəlincə, mütəxəssis hesab edir ki, yaxın gələcəkdə
(Yaxın Şərqdə proqnozlaşdırılan enerji böhranı nəzərə alınmaqla) məhz
Xəzər dənizi neft-qaz alıcısı olan ölkələr üçün “neft donoru” rolunu
oynaya bilər. Ona görə də bu tipli iri layihələri həyata keçirmək
cəhdləri diqqətləri Azərbaycana yönəltmək üçün uğurlu reklam vasitəsi
olsa da, bəzi məqamları diqqətdən qaçırmamaq lazımdır. Belə ki,
irimiqyaslı investisiya layihələrinə yatırılan böyük maliyyə vəsaitinin
ciddi risk daşıdığı və təhlükəsizlik məsələlərinin o qədər də asan təmin
olunmadığı göz altına alınmalıdır”.
əlavə Viktor Qimbarovskinin qənaətincə, fikir verilməli əsas
məsələlərdən biri “Xəzər adaları”nın inşası ilə Azərbaycan hökumətinin
böyük ümidlər bəslədiyi və Qərb tərəfdaşları ilə diplomatik
münasibətlərinin əsas dayaqlarından biri olan TAP-TANAP layihəsinin
tikintisi ilə eyni vaxta təsadüf etməsidir: “Düzdür, iri infrastruktur
layihələrinin həyata keçirilməsinə ayrılan vəsait birbaşa vətəndaşların
cibindən deyil, xarici investisiyalardan və büdcədən ayrılacaq. Bu isə
ölkə büdcəsindən regionlardakı müxtəlif layihələrə ayrılan vəsaitlərə
yenidən baxılması deməkdir. Problemli regionlar vəsait çatışmazlığını
daha çox hiss edəcəklər. Başqa sözlə desək, Hacı İbrahimin proyektinin
bu qədər maliyyə hesabına reallaşmasından sonra belə bir sosial-iqtisadi
mənzərə yarana bilər: varlılar daha varlı, kasıblar isə daha kasıb
olacaqlar. Demək istədiyim odur ki, hökumətin birbaşa təşəbbüsü və
dəstəyi ilə başladılan TAP-TANAP layihəsi iqtisadi baxımdan səmərəlidir,
geosiyasi baxımdan rəsmi Bakının manevr imkanlarını genişləndirəcək və
Azərbaycanın Qərb ölkələrinin nəzərində etibarlı və uğurlu tərəfdaş
olmasını bir daha isbatlayacaq. Lakin yuxarıda da qeyd etdiyim kimi, bu
cür uğurlu bir layihənin reallaşmasına çalışıldığı bir dövrdə “Xəzər
adaları” kimi iqtisadi cəhətdən risklərlə dolu, ayrıca dövlət üçün
həyati əhəmiyyətli olmayan böyük bir inşaat çalışmalarına start vermək
məqsədəuyğun addım sayıla bilməz. Üstəlik, “Xəzər adaları” Azərbaycan
cəmiyyəti üçün də o qədər cəlbedici və əhəmiyyətli deyil. Bu cür nəhəng proyektin indiki
maliyyə imkanları və nəzərdə tutulmuş iri plan həcmində başa
çatdırılacağına bir ekspert kimi inanmıram” (bizimyol.info)
adaları”nın (Khazar İslands) açılışı avqustun 3-də olacaq. Bu layihəni
reallaşdıran “Avesta” Konsernin prezidenti, iş adamı Hacı İbrahim
Nehrəmli bildirib ki, dəniz kompleks artıq istifadəyə veriləcək.
“Avesta” Konserninə məxsus “Həsən-96” MTK tikinti şirkətinə 355 min
manat ödəyərək, iki mənzil alan iş adamı Elşad Məmmədov avqustun 3-də
Prezident Administrasiyası önündə aksiya keçirəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=10332