Azərbaycanda radikal qruplara qarşı əməliyyatlar başlayır
Hakimiyyət dini sahə ilə bağlı
şok gediş ərəfəsində
Avqustun 1-dən ölkə boyu bölücü, təkfirçi
qruplara, eləcə də xarici ölkələrə döyüşçü göndərən şəbəkələr əleyhinə
geniş miqyaslı əməliyyatlara start veriləcək; 2015-ci ilədək gizli
cərəyanların hamısının ifşa olunaraq sıradan çıxarılacağı gözlənilir…
hakimiyyəti avqustun 1-dən etibarən ölkə boyu radikal dini qruplara
qarşı əməliyyatlara başlayır. Bu barədə “Yeni Müsavat”a ötürülən
məlumatda qeyd olunur ki, əməliyyat uzun müddətdir hazırlanıb və
miqyasına görə indiyədək olanlardan daha böyük olacaq.
qeyd olunur ki, bu ilin əvvəlində Azərbaycan dövlət rəhbərliyinə ölkə
ərazisindəki radikal dini qrupların fəaliyyəti, eləcə də ölkədən
Suriyaya, İraqa kütləvi şəkildə gənclərin döyüşmək üçün getməsini təşkil
edən şəbəkə barədə ciddi, narahatedici dosye təqdim olunub. Bizə çatan
məlumata görə, müvafiq dövlət qurumlarının hazırladığı dosyedə
narahatlıq doğuran problem detallı şəkildə əksini tapıb.
ölkə daxilində radikal fəaliyyətləri dəstəkləyən, təşviq edən
mərkəzlər, Suriyaya döyüşçü aparan şəbəkə, onları maliyyələşdirən
mərkəzlər, qeyri-leqal maliyyə şəbəkələri, eyni zamanda ölkə daxilində
və xaricdən məhz radikal qrupları, radikalizmi təbliğ edən məscidlərin
saxlanılması üçün ayrılan pullar və onların ötürülməsi sxeminin qeyd
olunduğu vurğulanır. Eyni zamanda konkret olaraq bu qrupları
maliyyələşdirən biznes qurumlarının siyahısının hazırlanaraq ölkə
rəhbərliyinə təqdim olunduğu deyilir.
artıq müvafiq qurumlar bir neçə müddətdir ölkə boyunca radikal qruplar
və onlara dəstək verən qurum və şəxslərin fəaliyyətini nəzarət altında
saxlayır. Avqustdan etibarən isə ölkə boyu adları qeyd olunan sahələrdə
geniş miqyaslı əməliyyatlar başlanacaq. Bizə çatan bilgilərdə o da qeyd
olunur ki, əməliyyat yalnız sələfi-vəhhabi, xəvaric qruplara qarşı
deyil, radikalizmi təbliğ edən şiə qruplara qarşı da aparılacaq.
Siyahıda bir neçə belə qrupun olduğu bildirilir.

gəlmişkən, bu ilin yazında hökumət qurumları bir neçə məsciddə kiçik
miqyaslı təmizləmə işləri aparıb, radikalizmi təbliğ edən din xadimləri,
icmalar ifşa olunaraq məscidlərdən uzaqlaşdırılıb, məscidlərin imam və
axundları dəyişdirilib. Bundan başqa, ötən həftə Bakıda fəaliyyət
göstərən bir sıra özəl şirkətlərdə reallaşan yoxlama və həbslər də məhz
bu qurumların radikal qrupları maliyyələşdirməsi ilə bağlı olub. O
sırada konkret olaraq “Sevil” yaşayış massivinin sahibi Hacı Aynurun
həbsi məhz onun radikal qruplara yaxınlığına görə olub. Məlumatlara
görə, yaşayış kompleksinin ərazisində tikilməkdə olan məscid də tez bir
zamanda sökülüb.
yoxlamalar başlanan və sədrinin həbs olunduğu bildirilən daha bir
tikinti şirkəti “AAAF Park” yaşayış kompleksi oldu. Mətbuatda gedən
xəbərlərdə Vergilər Nazirliyi və Baş Prokuror Yanında Korrupsiyaya Qarşı
Mübarizə İdarəsi əməkdaşlarının şirkətdə yoxlamalar apardığı və daha
sonra “AAAF İnşaat” MMC-nin rəhbəri Tofiq Heydərovun həbs olunduğu
bildirilirdi. İddia olunurdu ki, T.Heydərov vergi cinayəti ilə bağlı
saxlanılsa da, onun cəzalandırılmasının kökündə radikal dini
cərəyanlara, xüsusən vəhhabilərə “yaşıl işıq” yandırması dayanır.
rəhbəri radikal dini qruplara və şəxslərə maliyyə yardımları
göstərməkdə, bu dini cərəyanların nümayəndələrinin işlə, evlə təmin
olunmasında, eləcə də onların təhlükəsizliyinin təmin edilməsində
iştirak edib.

bilgilərə görə, hazırda radikal cərəyanlara bağlı və ya onlara dəstək
verən bir çox şirkətlərə və iş adamlarına qarşı araşdırmalar başlanıb və
həbslərin davam etməsi gözlənilir. Bildirilir ki, bu istiqamətdə
müəyyən müddətdə fasilə verilməsinin səbəbi araşdırmaların aparılması
ilə yanaşı, hökumətin bu sahədə fəaliyyət göstərəcək əsas dövlət
qurumları ilə bağlı hazırlıqları (Dini Komitəyə yeni sədr məsələsi və
s.) olub.
və dövlətin din sahəsində konkret proqramının yoxluğundan istifadə edən
dini qruplar uzun illər ölkədə rahat şəkildə fəaliyyət göstərib və
yayıla biliblər. Ancaq artıq vəziyyət dəyişib və hökumət Suriya, eləcə
də İraq olaylarından ciddi şəkildə narahat olmağa başlayıb. Xaricdə
döyüşən azərbaycanlıların ölkəyə qayıtması (artıq bu cür faktlar var),
həmçinin radikal dini təbliğatların yayılması rəsmi Bakını bərk narahat
etməyə başlayıb.

məqsədlə hakimiyyət rəsmi qurum statusunda olan QMİ-nin fəaliyyət
imkanlarını genişləndirməklə yanaşı, eyni zamanda radikalizmi və dinlər
arası münasibətləri gərginləşdirməyə çalışan, bu yöndə təbliğat aparan
cərəyan və qrupları sıxışdırmağa çalışır. Hökumətdə hesab edirlər ki,
şimalda Dağıstan, cənubda İran faktoru, son illər isə Türkiyə
hakimiyyətinin radikal dini cərəyanların üzvlərinə ölkəsində yer
verməsi, o cümlədən Azərbaycandan gedən gənc dindarların Suriyaya döyüşə
göndərilməsinə şərait yaratması Bakıda ciddi narahatlıq doğurur.
səbəbdən hakimiyyət ölkə daxilindəki dini cərəyan və qrupları nəzarət
altına almağı qərarlaşdırıb. Belə görünür, 2015-ci ilədək Azərbaycanda
gizli şəkildə şəbəkələşmiş bütün cərəyanlar (sünni, şiə, nurçu, vəhhabi,
xəvaric və sair) ifşa olunaraq sıradan çıxarılacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=10338