Cəbhədə şiddətli atışma: 11 hərbçimiz şəhid oldu

01.08.2014 - 12:45

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində
sutka ərzində atəşkəs rejimi ümumilikdə 71 dəfə pozulub.

Cumhuriyyet.az-ın 
Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni
silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun
Vozaşen, Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun
ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı və Ağstafa rayonunun Köhnəqışlaq
kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz
rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Noyemberyan rayonunun Dovex, Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax
rayonunun Kəmərli, Quşçuayrım kəndlərində və Krasnoselsk rayonu ərazisindəki
adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Baş Qərvənd, Sarıcalı,
Qaraqaşlı, Cəvahirli, Kəngərli, Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıl Oba,
Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı
Əbdürrəhmanlı, Goranboy rayonunun Gülüstan, Cəbrayıl rayonunun Mehdili kəndləri
yaxınlığında, Xocavənd və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

APA-nın verdiyi xəbərə görə isə, gedən şiddətli atışmalar nəticəsindəAzərbaycan Ordusunun 8 hərbçisi şəhid olub.

 

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Müdafiə Nazirliyinin
mətbuat xidmətindən Cumhuriyyet az.-a itkilərin olduğunu təsdiqləsələr də,
dəqiq sayla bağlı məlumat verilməyib.

Nazirliyin rəsmi saytında
yerləşdirilən məlumatda düşmənin xeyli itki verdiyi bildirilib:

“İylun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat
qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə
cəhd göstərib.

Silahlı Qüvvələrimizin
bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması
qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.

Şiddətli atışmadan sonra
erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur
edilib.Təəssüflər olsun ki, Silahlı Qüvvələrimizin bölmələri də itki
verib”.
Verilən digər məlumatda da qeyd olunur ki, iyulun 31-də saat 20.00-da
Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə
Silahlı Qüvvələrimizin 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə
çağırılmış gizir Almazov İsa Ziyad oğlu düşmən tərəfindən açılan atəş
nəticəsində şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin
hüznlə baş sağlığı verir və səbr diləyir

Bu dəqiqələrdə ANS Press-in
yaydığı məlumata görə isə, cəbhə xəttində baş verən şiddətli atışmadan sonra 11
hərbçimiz həlak olub.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=10341

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31