Vəhhabilərin Azərbaycandakı biznes şəbəkəsi
Vəhhabilərin Azərbaycandakı biznes şəbəkəsinə nələr daxildir?
Vəhhabilərin hazırda ölkə xaricindən maliyyələşməsi ilə bağlı iddialar
səslənsə də, bunları sübut edəcək fakt yoxdur. Ancaq bu dəqiqdir ki, adı
çəkilən cərəyanın ölkəmizdə ciddi biznes şəbəkəsi var. 8-ci km qəsəbəsindəki
avtomobil servislərinin və xırda obyektlərin bir çoxunun məhz vəhhabilərə
məxsus olması çoxlarına məlumdur.
İtaliyanın məşhur oboy şirkəti olan “Zambaiti”nin də bu cərəyana məxsus
olması onların ölkəmizdəki iqtisadi gücünü artırır. Təsadüfi deyil ki, özlərinə
sələfi deyən bu dini kəsimin içərisində normal imkanı olan şəxslər
“Zambaiti”dən alış-veriş edir. Adlıçəkilən şirkət İtaliya brendi olsa da, onun
məhsullarının Avropadan deyil, məhz Dubay şəhərindən gətirilməsi də məsələnin
agah olmasına yardım edir.
Vəhhabilərin ölkəmizdəki biznes şəbəkəsi içərisində özünəməxsus yer tutan
obyektlərin ən çoxu Binə və Sədərək Ticarət Mərkəzlərində yerləşir.
Orta və ortadan bir qədər yüksək biznes obyektlərinin olduğu bu ticarət
mərkəzlərində vəhhabilər ticarət mərkəzi daxilində də şəbəkə yaradıblar.
Bir vəhhabi böyük ayaqqabı dükanı işlədirsə, onun yanına kostyum almağa
gələn müştərini “qardaşların” dükanına göndərmək bir qayda halını alıb.
Araşdırmalarımıza görə, adıçəkilən ticarət mərkəzlərində 400-dən çox obyekt
vəhhabilərə məxsusdur və onların hər birinin orta aylıq gəliri 2500-3000
manatdan yüksəkdir.
Araşdırmalarımız davam
edəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=10343