Xəzərə pulsuz yaxınlaşmaq qadağandır…
Sahilboyu ərazilər durmadan satılır, pulsuz çimərliklər ləğv olunur

çəpərlənən çimərliklərinin girişində sakinləri bu xəbərdarlıq yazılmış
lövhələr qarşılayır. Şıx çimərliyində daha bir sahəsi hasara alınıb və
tikinti işlərinə başlanılıb. Hündür hasar dənizin içinə qədər uzanıb.
Fəhlələrdən öyrəndik ki, çəpərlənən yer özəl çimərlik sahəsi olacaq və
burada restoran fəaliyyət göstərəcək.
ərazidə tikinti işlərindən yaranan tullantıların dənizə axıdıldığının
şahidi olduq. Hansı ki, yaxınlıqda insanlar çimirdilər. Onların bəziləri
ilə həmsöhbət olduq.
Qədirov Xəzər dənizinin sahilboyu torpaqlarının yerli əhalinin maraqları
və ictimai ehtiyacları nəzərə alınmadan satılmasından narazıdır: “Şəhər
çimərlikləri son 100 ildə Abşeron əhalisinin istirahəti üçün ən
əlverişli variant idi. Son zamanlar bu şərait azalır. Dənizin sahili
satılır, icarəyə verilir. Onların da bəzisi istirahət mərkəzi, restoran
filan tikir, bəzisi də öz ailəsi üçün villa ucaldır. Bu da
istirahətimizə maneələr yaradır. Çəpərlənmə nəticəsində insanların
istirahət hüququ pozulur. Təəssüf olsun ki, məmurlar dənizin sahilini
dövlətin müstəsna mülkiyyətində olması nəzərə almadan pulla satır. Dəniz
kənarının çəpərlənməsi genişlənir, buna görə də insanların yayda normal
istirahətinə imkan verilmir”.
Prezident İlham Əliyev 2008-ci il dekabrın 2-də “Torpaq islahatı
haqqında” qanuna, Torpaq Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə
dəyişikliklər və əlavələr edilməsi barədə qanunu imzalayıb. Qanunda
artıq dəniz sahilinin dövlət məqsədləri üçün istifadəsinə icazə verilib.
Sənəddə deyilir ki, qanundan “dövlət məqsədləri üçün” sözləri
çıxarılsın. “Dəyişikliyə görə sahilboyu 20-50 metrlik zolağının altında
olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında
dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma
yolu ilə və ya digər üsullarla bağlanıla bilər.
Short URL: http://www.cumhuriyyet.net/?p=10344