Hakimiyyətin "tərbiyəsiz uşaq" imici
xatırlayırsınızmı? Bəs, oynamağa gedərkən valideynlərinizin əsas
tapşırığını necə? Yəqin yaxşı xatırlayırsınız. Deyilənə görə uşaqların
yaddaşı iti olur. Bəli, valideynlər uşaq vaxtı övladlarının kiminlə
oynamasına, hansı ailənin övladı ilə dostluq etməsinə həssas yanaşırlar.
Ona görə də ” filan uşaqla oynama”, “filankəs tərbiyəsiz uşaqdı, kənar
gəz” kimi töhmətləri uşaq ikən çox eşitmişik. Çünki, valideynlər
övladlarının tərbiyəsinin pozulmasından, ailənin imicinə xələl
gəlməsindən qorxurdular.
Uşaqlıq dövrünü xatırlamağım səbəbsiz
deyil. Məni keçmişə qayıtmağa Azərbaycan hakimiyyətinin bugünkü imici
vadar etdi. İndi dünyada özünə hörmət edən ölkələr Azərbaycan
hakimiyyəti ilə əməkdaşlığa görə öz diplomatlarına töhmət verirlər. Heç
kim istəmir ki, “uşaq”ları bizim hakimiyyətlə oynasın.
Əvvəlcə ABŞ konqresmenləri Bakı
səfərinə görə sərt tənqid edildi. ABŞ-ın “Hyuston Xronikası” qəzeti 10
konqres üzvününü və onların 35 yardımçısının Bakı səfəri zamanı yol
verdikləri qanunsuzluqlardan yazdı. Qəzet yazır ki, Azərbaycan Dövlət
Neft Şirkəti SOCAR öz neft məhsullarını dünya bazarına çıxarmaq üçün
özünə amerikalı müttəfiqlər qazanmaqdan ötrü Vaşinqtonda çoxlu pul
xərcləyir. Qəzetin yazdığından belə məlum olur ki, ABŞ konqresmenlərinin
Bakıya səfərini təşkil etmək üçün Hyuston, Çikaqo, Atlanta, Vaşinqton,
və Nyu York şəhərlərində qərargahlanan və Türkiyə ilə bağlı fəaliyyət
göstərən beş qurumdan vasitəçi qismində istifadə olunub. Məqalədə
Azərbaycan hakimiyyəti ilə çirkli əməkdaşlığa görə konqresmenlərdən
sorğu tələb olunur və bu adamlar saxtakarlıqda ittiham edilir.
Daha sonra müşahidə etdik ki, ABŞ
səfiri ATƏT-in Azərbaycan koordinatorunu İlham Əliyev və nazirlərlə
şəkil çəkdirdiyinə görə topa tutdu. ABŞ səfiri ATƏT-in Bakı
layihələrinin koordinatoru Baer Şahtaxtinskini Azərbaycanda vətəndaş
cəmiyyəti ilə əlaqələr
qurmaq üçün real səylər göstərməyə
çağırdı: “Mən sizin iki fotonuzu gördüm, biri prezident Əliyevlə, digəri
xarici işlər naziri ilə. Lakin vətəndaş cəmiyyəti ilə fotonuzu
görmədim. Sadəcə, sizə xatrlatmaq istərdim ki, sizin çalışdığınız
ölkələrin hökumətləri ilə məsləhətləşmələriniz sözsüz ki, işinizin mühüm
hissəsidir. Ancaq siz bizim hamımız üçün işləyirsiniz və siz bu qurumun
əsasını təşkil edən prinsiplər üzrə çalışırsınız. Sizin şefiniz
Azərbaycan hökuməti deyil”-deyə ABŞ səfiri bildirib.
Eyni zamanda onu da müşahidə etdik ki,
Belorusiyalı hüquq müdafiəçisi ” Biz Belarusiyanın Azərbaycanlaşmasına
imkan verməməliyik” deyərək həyəcan təbili çaldı.
Əslində belə faktlar əvvəllər də baş verib və bu tendensiya artan xətt üzrə davam edir.
Bir sözlə hakimiyyət “tərbiyəsiz uşaq”
imici formalaşdırdığına görə, hamı ondan kənar gəzməyə üstünlük verir.
Hətta bu “uşaq”ın əlindəki konfet də, digər uşaqları ələ almaq üçün
kifayət etmir. Çünki, valideynlərin “qulaqburma”sından qorxurlar.
Heç kimin oynamaq istəmədiyi uşaqla, siz də oynamayın.
Short URL: http://www.cumhuriyyet.net/?p=10347