Rəhim Qazıyevdən İlham Əliyevə təsirli müraciət

Neçə ki, Nəcməddin Sadıqov və başına yığdığı generallar…
Keçmiş müdafiə naziri Rəhim Qazıyev
Moderator.az-a müraciət edərək cəbhədəki son tələfatlarımızla bağlı
açıqlama vermək istədiyini bildirib və ona bu imkanı tanımışıq:
“İlk növbədə son tələfatla bağlı şəhid olan qeyrətli övladlarımızın
ailələri başda olmaqla xalqımıza dərin hüznlə başsağlığı verirəm.
Şəhidlərimizə də Allahdan rəhmət diləyirəm. Bu xəbər mənim üçün çox ağır
və təəssüfdoğurucu oldu. Hesab edirəm ki, bu artıq atəşkəsin pozulması
yox, ermənilər tərəfindən elan olunmamış müharibənin ikinci qanlı
mərhələsinin başlanmasıdır. Burada çox düşündürücü məqamlar var. Nə üçün
hücuma keçən tərəf yox, müdafiə olunan və bu təxribata hazır olan tərəf
bu qədər itki verir? Bəs nə üçün bu hadisədə başda Baş Qərargah olmaqla
Müdafiə Nazirliyinin müvafiq idarələrinin rəhbərləri susublar? Onlar
şəhid analarına övladlarını necə güdaza verdiklərinə cavab
verməlidirlər. Məndə olan məlumatlara görə itkilərimiz deyiləndən
artıqdır və neçə ki, Nəcməddin Sadıqov və onun başına yığıdığı
səriştəsiz generallar əsas söz sahibidir, bu itkilər davam edəcək…
Biz 26 ildir ermənilərlə müharibə vəziyyətindəyik. Onun 20 ili artıq
guya atəşkəs dövrüdür. Amma bu atəşkəs dövründə ordumuz formalaşıb,
güclənib, silah-sursat arsenalı ağılagəlməz dərəcədə artıb. Belə bir
məqamda son aylarda cəbhənin bütün istiqamətlərində ermənilərin
təcavüzləri gündən-günə artır və açıq şəkildə ərazimizə hücum etmək
niyyətləri görsənir. Biz də ermənilərin burnunu ovmaq əvəzinə
günü-gündən itkilərimizin sayı artır.
Mən hesab edirəm ki, Ali Baş Komandan ən qısa müddətdə Təhlükəsizlik
Şurasının müşavirəsini keçirməli, bu hadisələrin baş verməsinin
günahkarları, general paqonlu təqsirkarlar ciddi şəkildə
cəzalandırılmalıdır. Eyni zamanda ordudakı bu çatışmazlıqların qarşısı
ən qısa müddətdə alınmalııdır. İndi gördüklərimiz bizi irəlidə daha
təhlükəli hadisələrin gözlədiyindən xəbər verir. Allah millətimizi
qorusun, ancaq uğursuz əməliyyatların baiskarları tezliklə
cəzalandırılmasa, gələcəkdə də heç bir uğur qazana bilməyəcəyik.”
Short URL: http://www.cumhuriyyet.net/?p=10348