Şəhidlərimizin adları məlum oldu
01.08.2014 - 13:34

Ötən gün cəbhə xəttində şəhid olmuş Azərbaycan hərbçilərindən hamısının adı məlum olub.
Ötən gün düşmənlə atışmada yaralanmış hərbçimiz dünyasını dəyişib. APA-nın məlumatına görə, həkimlərin səyinə baxmayaraq, Abdinov Hüseyn Etibar oğlunu xilas etmək mümkün olmayıb.
Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış H. Abdinov hospitalda vəfat edib.
12.58
APA-nın məlumatına görə, düşmənin həmləsini dəf edərkən Azərbaycan Ordusunun adları aşağıda qeyd olunan hərbçiləri şəhid olub:
– Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu
– Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərov
– Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov
– Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əlicoşqunov
– Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov
– Quba rayonundan hərbi çağırılmış Elnur İbrahimov
– Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov
– Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq
həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər
Əhmədov Qaryağdı Eldar oğlu
Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 5 hərbçisi yaralanıb. Yaralıların adı dəqiqləşdirilir.
12.23
Ötən gecə ermənilərin təxribat hücumu cəhdi nəticəsində şəhid
olan daha bir əsgərin adı məlum olub. ANS PRESS-in bölgə müxbirinin
verdiyi məlumata görə, bu Xaçmaz rayonu Yeni Həyat kənd sakini Coşqunov
Mustafa Əhmədcan oğludur.
O, 1996-cı ildə anadan olub. Hərbi xidmətə isə bu ilin yanvar ayında gedib.
Faktı Xaçmaz rayon icra başçının birinci müavini Yetkin Mehmanov
təsdiqləyib. O, bildirib ki, əsgərin cənazəsi hazırda rayona gətirilir.
11.49
Tərtər rayonun Qapanlı kənd sakinlərinin ANS-ə verdiyi məlumata
görə görə, dünyasını dəyişən əsgərlərimizdən ikisi Vüqar Poladov və
Elnur İbrahimovdur. Sakinlərin sözlərinə görə, onların hər ikisi
müddətli hərbi xidmət qulluqçususdur.
Publika.az xəbər verir ki, şəhidlərimizdən biri Salyan rayon
Seyidsadıqlı kənd sakini Məmmədov Səftər Əlihüseyn oğludur. Onun
valideynlərinə oğullarının şəhid olması barədə məlumat verilib.
Məlumatlara görə, ermənilərin atəşkəsi pozması nəticəsində 11 hərbçimiz şəhid olub, 1 mülki şəxs yaralanıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=10350