Xalq artistinin ailəsinə faciə yaşadan məmur oğlundan yeni xəbər

01.08.2014 - 13:43

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Ağasəlim
Abdullayevin ailə faciəsinə səbəb olan məmur oğlunun cinayət işi üzrə
məhkəmənin hazırlıq iclası davam etdirilib. APA-nın məlumatına görə, prosesdə məhkəmə baxışı avqustun 14-nə təyin olunub. 
Qeyd
edək ki, martın 15-də saat 00:30 radələrində Suraxanı rayonu, Zığ
şossesində Abdullayev Vüqar Ağasəlim oğlunun idarə etdiyi VAZ-2106
markalı 10-NB-466 dövlət qeydiyyat nişanlı avtomobillə Mədətov Xalid
Mübariz oğlunun idarə etdiyi “Mercedes-Benz G-55” markalı 90-FE-007
dövlət qeydiyyat nişanlı avtomobilin toqquşub. Nəticədə “VAZ-2106″da
olan sərnişinlər – 1959-cü il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci
il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il
təvəllüdlü Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət
Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər
Klinik xəstəxanasına yerləşdiriliblər.
Fakta görə
Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol
hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma
ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi
ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmiş və digər
zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Sürücü
X. Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli
alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi
Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat
vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat
vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma
ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda)
maddəsinə tövsif olunub.
Onu da qeyd edək ki, X.
Mədətov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin
(QSC) sabiq sədr müavini Mübariz Mədətovun oğludur.
Həmin
hadisədən 2 gün sonra isə ölkə prezidentinin sərəncamı ilə Mübariz
Mədətov tutduğu vəzifədən azad edilib, oğlu isə həbs olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=10352

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31