"Bu hücumda İrəvan kəşfiyyat materialları ilə təmin edilib"
“Moskva əvvəllər müəyyən şirnikləndirmələrlə Azərbaycanı Gömrük
İttifaqına cəlb etmək istəyirdisə, indi görünür, ritorikanı dəyişib”.
Bu sözləri mətbuata
politoloq Qabil Hüseynli Azərbaycanın 11 əsgərinin cəbhənin təmas xəttində
şəhid düşməsi ilə bağlı informasiyanı şərh edərkən söyləyib.
O, Rusiyanın Azərbaycana enerji məsələləri ilə əlaqədar təzyiq etdiyini
bildirib:
taktiki strateji maraqları dəyişib. Rusiya Qafqazda yanğın ocağı yaratmağa
çalışır və bunu Gürcüstanla Azərbaycanın üzərində qurmaq istəyir. Məqsədləri
Qərb üçün əhəmiyyətli olan Bakı-Tiflis-Ceyhan, Bakı-Ərzuruma, eləcə də Nabukko
layihəsinin reallaşmasına imkan verəcək TAP və TANAP layihələrinin
gerçəkləşməsinə maneçilik törədib özlərinin “Cənub axını” proyektini önə
çıxartmaqdan ibarətdir. Bu məqsədlə də onlar Azərbaycana təzyiqlərini artırır.
Bunun üçün Rusiya hətta Ermənistan tərəfə müəyyən kəşfiyyat materialları da
ötürür. Bununla yanaşı, onlar erməniləri müəyyən təlimatçılar və
kəşfiyyatçılarla təchiz edirlər. Moskva, beləliklə, Bakını müharibəyə
sürükləməyə çalışır. İstər Əlibəyli hücumu, istərsə də digər istiqamətlərdəki
fəaliyyətlərin hər biri Rusiyanın ermənilərə təqdim etdiyi kəşfiyyat
materialları əsasında baş tutub. Rusiya, görünür, Azərbaycanın Qərbə
istiqamətlənən siyasətinə qısqanclıqla yanaşır. Bir müddət öncə İlham Əliyevin
özü də çıxışında dedi ki, bizim üçün əsas prioritet Qərbdir. Rusiya bununla
əhali içərisində bir qorxu və vahimə yaratmaq istəyir. Bu, baş tutan bir şey
deyil. Azərbaycan
Short URL: http://www.cumhuriyyet.net/?p=10353