Qəzzada 72 saatlıq atəşkəs
Qəzzada 72 saatlıq atəşkəs başlayıb. 3 həftədir davam edən döyüşlərin dayandırılmasında BMT və ABŞ vasitəçilik edib.
Bundan
əvvəl də 24 saatlıq atəşkəs razılaşması olmuşdu və razılaşma bitəndən
sonra İsrail yenidən hərbi əməliyyatlara başlamışdı.
Qəzza rəsmiləri deyirlər ki, bu müharibədə 1450-dən çox fələstinli ölüb.
İsrail tərəfdən isə 51 hərbçinin, 3 mülki şəxsin həlak olduğu bildirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=10356