Şəhid əsgərin son mesajı
“Sənin üçün o qədər darıxmışam ki …
Ermənilər Səftər Məmmədov ailə üzvlərilə birlikdə sevgilisini də gözüyaşlı qoyub
Ötən gecə düşmən gülləsinə tuş gələn
şəhid Səftər Məmmədov özündən sonra ailə üzvlərilə birlikdə sevgilisini
də gözüyaşlı qoyub. Bakıdan hərbi xidmətə yollanan Səftər Məmmədovun son
“Facebook” statusu yayılıb.
Səftər Məmmədov sosial şəbəkədəki son
statusu görənlərin gözünü yaşardır. O, son mesajını iki gün öncə yazıb.
İyulun 30-da sevgilisinə göndərdiyi mesaj sanki Səftər Məmmədovun
ölümünə bir işarə idi.
Səftər Məmmədov “Facebook”
səhifəsindəki statusunda sevgilisi üçün darıxdığını da aydın şəkildə
qeyd edib: “Sənin üçün o qədər darıxmışam ki, bilsəm ki, cənazəmə
gələcəksən, onda ölərəm”.
Bu gün yerli mətbuatda cəbhədə şəhid olan hərbçi Səftər Məmmədovla bağlı yayılan xəbərlərdə bəzi yalnışlığa yol verilib.
Belə ki, şəhid Səftər Məmmədova məxsus olduğu bildirilən fotolar və facebook statusu başqa bir şəxsə aid imiş.
Bu barədə azvision.az-a şəhidin adaşı, şəkilləri mətbuat səhifələrində dərc olunan Səftər Məmmədov bildirib.
Hazırda hərbi xidmətdə olduğunu deyən S.Məmmədov şəhid olması ilə
bağlı xəbərlərin ailəsinə çatmasında narahatdır: “Mən hazırda “N” saylı
hərbi hissədə xidmət edirəm. Saytlarda şəkillərim yayılıb, amma şəhid
olan əsgər Səftər Məmmədov mən deyiləm. Xahiş edirəm, bu məlumatlar
saytlardan silinsin. Ailəm də, yaxınlarım da mənə görə narahatdır. Çox
xahiş edirəm, məlumat saytlardan çıxarılsın”.
S.Məmmədov əslən Samuxun Kolayir kəndindən olduğunu bildirib.
Qeyd edək ki, düşmən gülləsinə tuş gələn zabitimiz Səftər Məmmədov isə Salyan rayonundandır.
Short URL: http://www.cumhuriyyet.net/?p=10358