Bakıda vulkan püskürür: sakinlər narahatdır
Bakının Qobu qəsəbəsində vulkan püskürməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.
Abşeron Rayon İcra Hakimiyyətinin Qobu qəsəbə inzibati ərazi dairəsi
üzrə nümayəndəliyindən APA-ya verilən xəbərə görə, vulkan püskürməsi baş
verməyib: “Yayılan xəbərlər şayiədir. Qobu ərazisində palçıq vulkanın
püskürməsi ilə bağlı bizə heç bir məlumat daxil olmayıb”. AMEA Geologiya
İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev isə bu
barədə onların da mətbuatdan xəbər tutduqlarını deyib. Onun sözlərinə
görə, sabah həmin əraziyə gediləcək və oraya baxışdan sonra dəqiq
məlumat vermək mümkün olacaq: “Sakinlərin sözlərinə əsasən indi həmin
ərazidə vulkanın püskürdüyünü demək olmaz. Əraziyə baxış keçirildikdən
sonra vulkanın baş verib-vermədiyi barədə məlumat veriləcək”.
* * * 13:43
Azərbaycanda vulkan püskürüb. Hadisə Qobu qəsəbəsinin ərazisində qeydə alınıb.
Bu barədə ANS-ə qəsəbə sakinləri məlumat veriblər. Onların
bildirdiklərinə görə, vulkan gecə saatlarından fəallaşıb: “Qəsəbədəki
yaşayış evlərinin yaxınlığında püskürməyə başlayıb”.
il əvvəl olub: “Həmin vaxt insanlar xəsarət alıblar. Gecədən başlayaraq
həmin ərazidən alovlar qalxır. Sakinlər çox narahatdırlar. Alovlar daha
da güclənir”
Short URL: http://www.cumhuriyyet.net/?p=10359