ABŞ Dövlət Departamentindən növbəti viza açıqlaması
Viza sistemində yaranmış problemlərin aradan qaldırılması üçün ən azı bir neçə həftə vaxt lazım olacaq.
APA-nın məlumatına görə, bunu brifinqdə ABŞ Dövlət Departamentinin
mətbuat xidməti rəisinin müavini Mari Harf deyib. Mütəxəssislərin
kompüter sistemindəki nasazlıqların aradan qaldırılması istiqamətində
çalışdıqlarını bildirən M.Harf qeyd edib ki, ötən günlər ərzində
vətəndaşlardan xeyli sayda müraciət yığılıb və bu üzdən tezliklə
problemin aradan qaldırılması mümkün olmayacaq. Diplomat sistemdəki
nasazlıqdan zərər çəkən əcnəbilərin sayını açıqlaya bilməsə də, iyulun
22-dən 28-dək 180 min vizanın verildiyi, halbuki bu müddət ərzində
müvafiq göstəricinin 370 min proqnozlaşdırıldığıni vurğulayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=10361