Sumqayıtda görünməmiş ağac terroru
tikdirir; sakinlər: “İcra başçısı parkları ayrı-ayrı iş adamlarına
satmaqla cibini doldurur”
“Bağçaların yanı” deyilən ərazidəki park bu səhər dağıdılıb. Sakinlərdən
“Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, gecə ilə əraziyə ağır
texnika gətirilib. Sübh tezdən isə ağaclar kəsilib və maşınlara
yüklənərək naməlum istiqamətdə aparılıb. Sakinlər ağacların kəsilməsinə
etiraz etsələr də, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri
polis gücünə onları ərazidən uzaqlaşdırmağa müvəffəq olublar.
deputat, iş adamı Nizami İsgəndərov alıb. Deputat parkın ərazisində
özünə ticarət mərkəzi tikdirəcək. Sakinlər bildirdilər ki, tikinti
işlərini aparan şirkətdən öyrəniblər ki, sabiq deputat yeni obyektini
bacısı, hazırda Sumqayıt şəhər doğum şöbəsinin baş həkimi olan bacısının
adına sənədləşdirib.
ərazisini hasarlatdırmağa cəhd göstərib. Lakin sakinlər bu barədə icra
hakimiyyətinə məlumat verdikdən sonra hasarlama işləri dayandırılıb.
Məmməd Hacıyev adlı Sumqayıt sakininin sözlərinə görə, sabiq deputatın
bu əməli barədə icra başçısı Eldar Əzizova, Sumqayıt hüquq-mühafizə
orqanlarına və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat veriblər
: “İcra hakimiyyətindən bizə bildirdilər ki, guya ərazidə
abadlıq-quruculuq işləri aparılacaq. Necə abadlıq-quruculuq işləri
aparırlarsa, parkda qırmadıqları ağac qoymayıblar. Hər yeri qazıb
töküblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə zəng vurduq ki, gəlib
bu biabırçılığa son qoysunlar. “Araşdıracağıq” deyib bizi mədəni
sürətdə yola verdilər. Polisə şikayət etdik, ağacları qırarkən bizim
üstümüzə hücum çəkib həbslə hədələdilər”.
olunmayan parkları ayrı-ayrı iş adamlarına satmaqla cibini doldurur:
“Hazırda şəhərdə ekoloji tarazlıq tamamilə pozulub. Nəfəs ala bilmirik.
Sakinlərin istirahət etdiyi bir-iki park var idi. Onları dağıdıb yerinə
bahalı mərmər və qranit döşədilər. Qısacası, Sumqayıtda satılmayan bircə
qarış belə boş torpaq tapa bilməsiniz”.
durdurulmasa, Prezident Administrasiyası önündə aksiya keçirəcəklər.
adamıdır. Əslində isə hazırda Azərbaycanda brilyant, qızıl biznesinə
nəzarət edən əsas fiqurdur. Real olaraq bu iş adamına məxsus
Sumqayıtdakı bazarda 300-dən çox mağaza işləyir və bunların əksəriyyəti
brilyant, qızıl satışı ilə məşğul olur.
Faktlar isə bunun əksini deyir. Satışa çıxarılan zinət əşyalarının
hamısı Nizami İsgəndərov tərəfindən gətirilir və bu mağazalarda satışa
çıxarılır. Bununla yanaşı Nizami İsgəndərov artıq Moskva ticarət
mərkəzində və mərkəzi univermaqda da təsir imkanları artır. Bu isə o
deməkdir ki, sabiq deputat hazırda qızıl brilyant satışı bazarında 20
faizə tam nəzarət edir.
gizli biznes şəbəkəsi yaratmasıdır. Qızıl biznesi ilə məşğul olan xırda
sahibkarlar isə bildirir ki, Azərbaycanda satılan qızıl, brilyant
məmulatlarının 50 faizdən çoxu Səudiyyə Ərəbistanından gətirilir.
2008-ci ilə qədər ölkəyə bu ölkədən belə məsulları gətirənlər vəhhabi
təriqətindən olanlar idi. Lakin 2 ilə qədər olar ki, bu biznesə Nizami
İsgəndərov rəhbərlik edir və rəqiblərini sıradan çıxartmaq üçün Səudiyyə
Ərəbistanındakı imkanlarından istifadə edir.
İsgəndərovun işləri qısa zaman ərzində də olsa zəiflədi. Çünki yeni
başçı Eldar Əzizov hətta şəhərin mərkəzində fəaliyyət göstərən və heç
bir normaya cavab verməyən bazarı sökdürməyə də səy göstərdi. Bir neçə
günlük cəhddən sonra isə Nizami İsgəndərov Eldar Əzizovu susdura bildi
və o, bu gün Sumqayıtdakı qruplaşmalara rəhbərlik edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=10364