Ramis Yunus mesaj verdi

01.08.2014 - 17:53
“Ailəmin müdafiəsinə yaxın belə gəlməsinlər”

İyulun 30-da həbs olunan hüquq müdafiəçisi Leyla Yunus və ev
dustaqlığına məhkum edilən həyat yoldaşı Arif Yunusun ABŞ-da mühacir
həyatı yaşayan qardaşı Ramis Yunus baş verən olayla bağlı Facebook
səhifəsində şərh yazıb. 

Ramis Yunus bildirib ki, Azərbaycanda və dünyadakı sağlam düşüncəli
insanlar onun ailə üzvləri Leyla və Arif Yunusovların təhdidinin
sifarişli olduğunu bilirlər: “Onlar sifarişin birbaşa İlham Əliyev
tərəfindən verildiyindən də məlumatlıdırlar: “Odur ki, bəribaşdan
 müxalifət düşərgəsində səngərdə gizlənən satqın “hüquq müdafiəçiləri”nə
xəbərdarlıq edirəm –  onların müdafiəsi üçün “timsah göz yaşları”
axıtmasınlar. Qoy, xariciləri İlham Əliyevin humanist olmasıyla
aldatmaqda və öz millətinə hər bayram öncəsi amnistiya nağılları
danışmaqda davam etsinlər. Amma mənim ailəmin müdafiəsinə
yaxın belə gəlməsinlər. İnanıram ki, məni eşidəcəklər!”.

Ramis Yunus ABŞ Konqresinin Helsinki Komissiyasının toplantısında
iştirak etdiyi də bildirib: “Senator Cardinin rəhbərliyi ilə keçirilən
toplantıda qurumun həbsə münasibətini ifadə edən sənədini ona təqdim
ediblər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=10367

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31