New York Times Leyla Yunusun həbsindən yazdı

01.08.2014 - 17:56

ABŞ mediası Leyla Yunusun həbsi barədə yazır ki, onun tənqidləri
Azərbaycan hökumətini çətin vəziyyətə salırdı. Ukrayna böhranında uduzan
Rusiyadır, onun uduzduğunu Avropa və ABŞ qazana biləcəkmi? New York
Times qəzeti yazır ki, Azərbaycanın tanınmış insan haqları müdafiəçisi
Leyla Yunus 3 aylığa həbs olunub. Dövlət ittihamçısı Leyla Yunusu
dövlətə xəyanətdə, vergidən yayınmada, qanunsuz biznesdə və başqa
cinayətlərdə ittiham edir. Onun həyat yoldaşı, tanınmış tarixçi Arif
Yunus oxşar ittihamlarla üzləşib, ancaq sağlamlıq problemlərinə görə,
həbsxanaya salınmayıb. Ancaq o Bakını tərk edə bilməz. Qəzet Bakıdakı
insan haqları müdafiəçilərinə istindala yazır ki,  Leyla Yunus və Arif
Yunus Qarabağ probleminin həllində  vətəndaş cəmiyyətinin səylərinə
qoşulmuşdular. Onların hər ikisi Azərbaycan prezidenti İlham Əliyevin
hakimiyyəti dövründə demokratik haqların yoxluğunu tənqid edirdi. Qəzet
bildirir ki, Leyla Yunus Azərbaycan hökumətini siyasi səbəblərə görə 140
adamı həbsxanaya salmaqda və ölkənin neft gəlirlərini korrupsiya ilə
mənimsəməkdə ittiham edirdi və bununla hökuməti çətinə salırdı.  Qəzet
onu da qeyd edir ki, Azərbaycan hazırda Avropa Şurasının Nazirlər
Komitəsinə sədrlik edir.

azadliq.org

 

Short URL: http://www.cumhuriyyet.net/?p=10368

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31