Etibar Məmmədov Azərbaycanı "Qisas əməliyyatı"na çağırdı
“Bu,
Azərbaycan xalqı üçün olduqca böyük bir itkidir. Müharibə dövründən bu
yana bu qədər itki verilməsi birinci dəfədir. Şəhidlərin ailələrinə
başsağlığı verdim. Onlar deyirlər ki, “Vətən sağ olsun!””
açıqlamasınada Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar
Məmmədov deyib. O bildirib ki, belə itkilərin olmaması üçün hərbi
hazırlıq kifayət qədər yüksək səviyyədə saxlanılmalıdır.
Məmmədovun fikrincə, qısa bir zamanda qisas əməliyyatı həyata keçirtmək
lazımdır: “Birinci növbədə müdafiə istiqamətində kəşfiyyat yaxşı
işləməlidir. Görünür ki, bu gün hanısısa yanlışlıq olub. Bunun səbəbi
araşdırılana qədər sabitlik yaratmaq lazımdır. Düşmən hər bir itki
qarşısında böyük itki verəcəyini bilməlidir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=10370