Zabit və gizirlərin inzibati qaydada həbsi ləğv edilib
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin
Behbudov və müavini Elçin Şirinov Müdafiə Nazirliyinin Hərbi Polis
İdarəsində monitorinq keçiriblər.
APA-ya məlumat verən E. Behbudov bildirib ki, bir müddət əvvəl Hərbi
Polis İdarəsinə yeni rəis təyin olunub: “Hərbi Polis İdarəsinin yeni
rəisi, polkovnik-leytenant Azad Ağayevlə görüşüb, söhbət elədik. Hazırda
Hərbi Polis İdarəsinin haupvaxtında 8 əsgər saxlanılır. Onların
saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri olmadı.
Gün ərzində üç dəfə yeməklə təmin olunurlar, havaya çıxarılırlar.
İşgəncə və qeyri-insani rəftarla bağlı faktlar aşkar olunmadı”.
Behbudov bildirib ki, müdafiə naziri Zakir Həsənov zabit və gizirlərin
inzibati qaydada həbs olunmalarının ləğv olunması barədə sərəncam verib:
“Mənə bildirdilər ki, nazir Zakir Həsənov zabit və gizirlərin inzibati
qaydada həbs olunmaları barədə qərarı ləğv edib. Yəni zabit və gizirlər
inzibati qaydada həbs olunmayacaqlar. Lakin hansısa bir cinayət faktı
aşkar olunsa, həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Eyni
zamanda Zakir Həsənov post patrul xidmət əməkdaşları tərəfindən
əsgərlərin yerli-yersiz həbs olunmamaları barədə də göstəriş verib.
məzuniyyətə gələn əsgəri tutub aparırdılar və müəyyən problemlər
yaranırdı. Bundan sonra belə hallar baş verməyəcək. Mən bir hüquq
müdafiəçisi kimi bu qərarları dəstəkləyirəm. Onu da qeyd edim ki, Zakir
Həsənov müdafiə naziri təyin olunandan bizim komitəyə hərbi hissələrlə
bağlı heç bir şikayət daxil olmayıb. Ancaq əvvəllər belə şikayətlər çox
olurdu”.
Short URL: http://www.cumhuriyyet.net/?p=10371