Şəhid sayını azaltmağın yolları – peşəkar ordu!
Ekspertlər həyəcan təbili çalır

xəbərlə açdı. Mətbuat cəbhə bölgəsində 11 əsgərin şəhid olması
xəbərlərini yayarkən, hadisənin görünməyən tərəfləri, bu gənclərin hərbi
hazırlığı, hərbidən öncəki fiziki və psixoloji hazırlıq dərəcələri,
gənclərin müharibə vəziyyətində davranış bacarıqları və digər məsələlər
gündəmə gəldi.
müstəqil həyata uyğunlaşmamış 18 yaşlı gəncin hərbi xidmətə aparılması
və bir çox hallarda cəbhənin ön xəttinə göndərilməsi istər psixoloji
hazırlıq, istərsə də hərbi xidmətin keyfiyyəti baxımından nə dərəcədə
düzgün və səmərəlidir?
sözügedən problemlərə ciddi yanaşmadığını bildirib: “18 yaşlı gənclərin
hərbi xidmətə çağırılması istər hərbi hazırlıq, istərsə də psixoloji
hazırlıq baxımından problemlərlə müşayiət olunur. Bunun təhlili
aparılmalıdır, orduda yaşanan hadisələrin, verilən itkilərin səbəbləri
müzakirə olunmalıdır.”

yaşdan 20 yaşa qaldırılmasının tərəfdarı olduğunu deyən ekspert Müdafiə
Nazirliyini bu məsələdə həssas olmağa çağırıb: “Müdafiə Nazirliyinin
rəhbərliyi Milli Məclis qarşısında qanunvericilik təşəbbüsü ilə çıxış
etməlidir. Təkcə Müdafiə Nazirliyi yox, hərbi çağırışda iştirak edən
digər güc strukturları da bu təşəbbüsü göstərməlidirlər. Çağırış yaşının
35 yaşdan aşağı olması da müzakirə olunmalıdır. Əsgərliyə çağırış yaşı
mütləq mənada dəyişdirilməli, ən azı 27-28 yaşa qədər endirilməlidir.”
psixoloq Azad İsazadə də hesab edir ki, hərbi xidmətə çağırış üçün daha
səmərəli yaş dövrü 20 -25 yaş arasıdır: “Bundan əvvəlki yaş dövründə
fiziki inkişaf tam bitmir, boy və çəki artır, psixoloji baxımdan da hələ
yeniyetməlik dövrü tam başa çatmamış sayılır. Ən optimal yaş 20-25 yaş
sayılır. 25 yaşdan sonra insan qocalmasa da, əsgərdən tələb olunan
fiziki çətinliklərə dözümü azalır. Bu baxımdan mən hesab edirəm ki,
çağırış yaşı bir qədər artmalı, ən azı 20 yaş olmalıdır. Həmçinin hərbi
çağırış dövrünün 35 yaşdan 27 yaşa endirilməsi hərbi xidmətin
səmərəliliyi baxımından vacibdir.”

Məclisin deputatı İqbal Ağazadə bu haqda parlamentə təkliflər verdiyini
bildirib: “Biz hərbi çağırış yaşının 22-27 yaş arası olmasını təklif
etmişik. Ancaq bugünkü hadisə yaş və ya professionallığın çatışmazlığı
məsələsi deyil.”
vəkilinin sözlərinə görə, çağırış yaşı 22 yaşa qaldırılsa da, yenə
problemlər olacaq: Hazırda ölkəmiz müharibə şəraitindədir və 22 yaşın
ağrıları daha çətin olacaq. 22 yaşında yeni ailə qurmuş insanın cəbhəyə
göndərilməsi də çətindir. Hətta gənc subay olsa belə, onun işindən,
sənətindən ayrılmalı olacaq.”
deyir ki, ön cəbhə üçün ən optimal variant “peşəkar ordu” sisteminə
keçiddir: “Bunun üçün maliyyə ayrılmalı və “peşəkar ordu” sisteminə
keçirilməlidir.”
ekspert Üzeyir Cəfərov gənclərin hərbi xidmətə hazırlığının Təhsil
Nazirliyinin səlahiyyətində olduğunu deyir: “Bu gün məktəblərdə çağırışa
qədər hərbi hazırlıq dərsləri çox formal olaraq keçirilir. Bu dərsləri
keçən müəllimlərin özləri hərbi sahə ilə bağlı nə savada, nə də
təcrübəyə malik deyillər.”

hazırlıq dərslərinə vaxtilə hərbidə xidmət keçmiş yüksək rütbəli
zabitlərin cəlb olunmasının vacibliyini vurğulayıb: “Niyə Təhsil
Nazirliyi vaxtilə hərbidə xidmət keçmiş zabitlərin təcrübəsindən, bilik
və bacarığından istifadə etmir? Niyə bu insanlar məktəblərdə hərbi
hazırlıq dərslərinə, ümumiyyətlə gənclərlə vətənpərvərlik işinin
aparılmasına cəlb olunmur? Bu istiqamətdə hamı işləməlidir. Bu işə təkcə
güc strukturları yox, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və
digər qurumlar bir-biri ilə əlaqəli şəkildə işləməlidirlər.”
psixoloq Azad İsazadə də bildirir ki, hərbi xidmətə hazırlıq hərbi
qulluqdan öncə başlamalıdır: “Burada daha çox təbliğat vasitələrindən,
xüsusi oyunlardan istifadə olunmalı, təlimlər, kurslar keçirilməlidir.
Məsələn, hərbi sürücünü, hərbi rabitəçini, hərbi tibb işçisini, hərbi
aşbazı xidmətdən öncə, idman klublarında, hərbi məktəblərdə hazırlaya
bilərik.”
hissələrə aparılması çox vacibdir: “Gənclər görməlidirlər ki, hərbi
yeməkxana necə olur, hərbi hamam necə olur, hərbi yataqxana necə olur.
Xüsusən oğlan uşaqları bu barədə məlumatlı olmalıdırlar ki, daxilən
hazırlıqlı olsunlar. Bütün bunları görməyən insanı ev şəraitindən
birbaşa hərbi hissəyə aparmaq psixoloji sarsıntıya səbəb ola bilər.
Burada söhbət təkcə döyüşdən getmir, ən sadə halda hərbi hissəyə
uyğunlaşmaqdan gedir. Təbii ki, döyüşə, atəş açmağa belə ön hazırlıq
lazımdır.”
Short URL: http://www.cumhuriyyet.net/?p=10372