Məşhur futbolçu Ələkbər Məmmədovun meyiti yaşadığı evdə tapılıb

01.08.2014 - 18:35

Azərbaycanın məşhur futbolçusunun meyiti yaşadığı evdə tapılıb.

Səbail rayon
Polis İdarəsindən APA-ya verilən məlumatına görə, 39-cu Polis Bölməsinin
yerləşdiyi binadakı mənzillərdən birində bir neçə gün əvvəl dünyasını
dəyişmiş kişi meyitinin tapılması barədə polisə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanları
əməkdaşları hadisə yerinə çıxıblar.
Araşdırmalar
zamanı meyiti tapılan şəxsin 84 yaşlı Ələkbər Məmmədov olması müəyyən
edilib. İlkin ehtimala görə, mərhum üç gün əvvəl dünyasını dəyişib. Evdə
heç kim olmadığından bu barədə xəbər tutan olmayıb.
Polisdən
həmçinin bildirilib ki, Ə. Məmmədov Azərbaycanın məşhur
futbolçularından olub. Ə. Məmmədov Bakının “Neftyanik”, Moskvanın
“Dinamo” komandalarında oynayıb. SSRİ-nin yüksək liqasında 185 oyun
keçirib, 56 qol vurub. 1954, 1955, 1957, 1959-cu illərdə SSRİ çempionu
olub. SSRİ yığma komandasının tərkibində 1958—1959-cu illərdə 4 oyun
keçirib. 1960-cı il futbol üzrə Avropa çempionatının seçmə oyunlarının
iştirakçısıdır.
Ə. Məmmədov həmçinin Bakının Neftyanik komandasının, Azərbaycanın yığma komandasının məşqçisi olub.
O, 1960-cı ildə “SSRİ-nin əməkdar idman ustası”, 1990-cı ildə isə “SSRİ-nin əməkdar məşqiçisi” fəxri adına layiq görülüb. 
Hadisə
ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. APA-nın
nazirliyin saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar xəttinə
Bakı şəhəri, Səbail rayonunda mənzildə bağlı qapı arxasında yaşlı
kişinin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə
yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs
giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya
vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi
alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü
mərtəbədəki mənzilin giriş qapısını açaraq içəri daxil olublar.
Mənzilə
baxış keçirilərkən 1930-cu il təvəllüdlü Ələkbər Əmir oğlu Məmmədov
hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi
Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə
nəticəsində Ə. Məmmədovun vəfat etdiyi müəyyən olunub.
Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=10375

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31