Azərbaycan Gürcüstanla sərhədi bağladı
Azərbaycan tərəfi Gürcüstan-Azərbaycan sərhədinin Laqodexi istiqamətindən giriş-çıxışı bağlayıb və hərəkəti dayandırıb.
verir ki, sərhədin bağlanması barədə məlumatı Gürcüstan Təhlükəsizlik
Şurasının katibi İrina İmerlişvili yayıb.
İrina İmerlişvili bəyan edib ki, sərhədin bağlanması “Neftçi” (Bakı”
və Gürcüstanın “Çixura” (Saçxere) futbol klubları arasında dünən
Azərbaycan paytaxtında keçirilən və qarşıdurma ilə müşayiət olunan oyunu
ilə bağlı deyil.
“Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Departamenti bildirib ki,
sərhəd yalnız Azərbaycan qanunlarının tələblərinə cavab verməyən
maşınların üzünə bağlanıb. Bu qanun Azərbaycan tərəfindən qəbul edilib.
Sərhəddə hər hansı digər məhdudiyyət yoxdur. Bu qanun çoxdan qəbul
olunub. Bu barədə məlumat da verilib. Müvafiq xəbərdarlıq da edilmişdi
ki, məhdudiyyətlər avqustun 1-dən etibarən qüvvəyə minəcək” – deyə İrina
İmerlişvili bildirib.
Qeyd edək ki, Azərbaycanda istehsal tarixi 2005-ci ilə qədər olan ABŞ
və Avropa ölkələri maşınlarının və istehsal ili 2011-ci ilə qədər olan
Yaponiya avtomobillərinin ölkəyə girişini qadağan edən qanun qəbul
olunub.
Short URL: http://www.cumhuriyyet.net/?p=10378