Qəzza zolağında atəşkəsə son qoyuldu

01.08.2014 - 18:58

İsrail ordusu Qəzza zolağında əməliyyatları davam etdirir

İsrail
ordusu ilə Fələstinin “HƏMAS” hərəkatı arasında bu səhər qüvvəyə minmiş
72 saatlıq humanitar atəşkəs heç bir neçə saat keçməmiş dayandırılıb. 

ANS PRESS-in
məlumatına görə, İsrail tərəfi “HƏMAS” qruplaşmasını atəşkəsi pozmaqda
ittiham edib və Qəzza zolağında əməliyyatları davam etdirib. İsrail
rəhbərliyi Qəzza zolağının sakinlərinə evlərindən çıxmamağı tövsiyə
edib.
Atəşkəs pozulduqdan bir qədər sonra
İsrail tanklarından Qəzza zolağına bir neçə zərbə endirilib. Qəzza
həkimlərinin məlumatına görə, bu zərbələr nəticəsində Rəfah şəhərində 30
nəfər ölüb.
Atəşkəs 17 fələstinlinin və 5
İsrail əsgərinin öldüyü son atışmadan sonra razılaşdırılmışdı. Həm
İsrail, həm də “HƏMAS” hərəkatı humanitar atəşkəsə riayət edəcəklərini,
lakin hücum olacağı təqdirdə ona cavab verəcəyini bəyan etmişdi.
İndiyədək tərəflər arasında 4 dəfə qısamüddətli atəşkəs elan edilib.
İyulun
8-də İsrail ordusu Qəzza əməliyyatlarına başlayandan bəri 1450
fələstinli öldürülüb, İsrail tərəfi isə 61-i hərbçi olmaqla, 64 nəfər
itki verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=10381

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31