Gürcüstanın xarici işlər naziri "Neftçi" – "Çixura" matçında baş verənləri təxribat adlandırıb

01.08.2014 - 19:24

Gürcüstanla Azərbaycan arasında dostluq münasibətlər var və bu münasibətlərə heç kim xələl gətirə bilməz.

Gürcüstanla Azərbaycan arasında dostluq münasibətlər var və bu münasibətlərə heç kim xələl gətirə bilməz.

APA-nın
Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Gürcüstan
xarici işlər naziri Maya Pancikidze “Neftçi” – “Çixura” futbol matçı
zamanı azarkeşlər arasında baş vermiş insidenti şərh edərkən deyib.
“Fikrimcə, bu, düşünülmüş təxribat olub. Təxribatçılar öz məqsədlərinə çatmayacaq”, – deyə o vurğulayıb. 
Xatırladaq
ki, iyulun 31-də Avropa Liqasının üçüncü təsnifat mərhələsi
çərçivəsində Bakının “Neftçi” və  Gürcüstanın “Çixura” futbol
komandaları arasında keçirilən oyunda Gürcüstandan gəlmiş bəzi
azarkeşlər tərəfindən təxribat törədilməsinə cəhd edilib. Onlar oyunun
keçirildiyi “Bakcell Arena” stadionunda Azərbaycanın Zaqatala və Qax
rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asıblar.
Bu
isə yerli azarkeşlərin kəskin etirazına səbəb olub, nəticədə qarşıdurma
yaranıb. Polis əməkdaşları tərəfindən görülmüş operativ tədbirlər
nəticəsində hadisənin kütləvi iğtişaşa çevrilməsinin qarşısı alınıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=10384

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31