Əsgərlərimizi rus snayperlər vurub?

01.08.2014 - 19:34

Bu gecə cəbhə xəttində baş verən atışmada 11 əsgərimizin həlak olmasının təfərrüatı ilə bağlı məlumat yayılıb.

Bu gecə cəbhə xəttində baş verən atışmada 11 əsgərimizin həlak olmasının təfərrüatı ilə bağlı məlumat yayılıb.
Axar.az-ın Ağdamdakı mənbələrdən əldə etdiyi məlumata görə, əsgərlərimizi düşmən snayperləri vurub.
Bildirilir
ki, hərbçilərimizi əvvəlcə AKM (Avtomat Kalaşnikov) silahı ilə atəşə
tutublar. Manevr etmək üçün yerlərini dəyişən Azərbaycan hərbiçilərinin
sübh çağı bu yerdəyişməsini isə snayperlər izləyib və əsgərlərimiz şəhid
olub.
Ağdam sakinlərinin sosial şəbəkədə yaydıqları məlumatda
isə bildirilir ki, onlar artıq iki gün idi erməni tərəfdən hücum
gözləyirdilər:
“Biz bu hücumu gözləyirdik. Bir neçə gün öncəki
hücumda ermənilər ciddi itki vermişdilər. Ermənistan bəyan etdi ki, 2
əsgər itirib. Ancaq yalandır, onlar çoxlu itki verib. Ona görə də
ermənilərin növbəti hücumu gözlənilirdi. Xüsusilə, avqustun 1-i hücum
olacağı barədə cəbhə ərazisində yerləşən bütün sakinləri
məlumatlandırmışdılar”.
Ağdam sakinləri hücum gözlənildiyi halda bu qədər itkinin olmasını isə rus snayperləri ilə əlaqələndiriblər:
“Heç
vaxt belə əməliyyat olmayıb ki, iri çaplı silahlardan atəşkəs pozulsun,
kənd qranatamyotdan atəşə tutulsun və paralel olaraq snayperlər
işləsin. Əsgərlərimizi şəhid edən rus snayperləridir. Onlar əvvəlcədən
mövqe seçmişdilər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=10387

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31