Müdafiə Nazirliyi: "BU qan yerdə qalmayacaq"
Azərbaycan Müdafiə Nazirliyi cəbhə xəttində baş verən olayla bağlı
rəsmi məlumat yayıb.
Ermənistan Respublikasının Silahlı Qüvvələri son günlər fəallaşaraq
Ermənistan-Azərbaycan dövlət sərhəddinin və qoşunların təmas xəttinin
müxtəlif istiqamətlərində atəşkəs rejimini planlı şəkildə pozaraq
Silahlı Qüvvələrimizin mövqelərinə basqın ediblər.
ordusunun kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların
təmas xəttini keçməyə cəhd göstəriblər. Silahlı Qüvvələrimizin bölmələri
düşmənin bütün həmlələrini dəf etmiş, şiddətli döyüşlər nəticəsində
ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur edilmişlər. Nəticədə 3
gün ərzində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 8 nəfər
hərbi qulluqçusu həlak olub. Müdafiə Nazirliyi bildirir ki, cəbhə xətti
Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır və şəhid olmuş
hərbi qulluqçularımızın qanı yerdə qalmayacaqdır.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!”
Short URL: http://www.cumhuriyyet.net/?p=10388