Avropadakı mühacir fəallar hakimiyyəti tənqid atəşinə tutdu

01.08.2014 - 19:42

DAH Leyla Yunusun həbsi və “Azadlıq”ın bağlanması ilə bağlı bəyanat verdi

“Son zamanlar Azərbaycanda baş verən xoşagəlməz olaylar xaricdə
yaşamağımıza baxmayaraq, bizləri də ciddi şəkildə narahat edir.
Xüsusilə, digər dövlətlərin demokratiya sahəsində yeni-yeni
irəliləyişlər əldə etməsinin qarşılığında, Azərbaycanda demokratiyanın
tam məhv edilməsini müşahidə etmək ağırdır”. Bu sətirlər Avropada
azərbaycanlı mühacirlərin yaratdığı Demokratik Azərbaycan Hərəkatının
bəyanatındandır.
Bəyanatda başlıca diqqət hüquq-müdafiəçisi Leyla Yunusun həbsinə yönəldilir.
“Sülh
və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun həbs edilməsi çox
sarsıdıcıdır. Bu, demokratiyaya vurulan bir zərbədir. Çünki Leyla Yunus
təkcə sıradan bir hüquq müdafiəçisi deyil, həm də Azərbaycan
ictimaiyyətini xarici tədbirlərdə ləyaqətlə təmsil edən bir
nümayəndədir. Eyni zamanda 60 yaşında ağır diabet xəstəliyindən əziyyət
çəkən bir insanı zorla həbs edərək ağır maddələrlə ittiham etmək,
Azərbaycan hakimiyyətinin qisasçılıq məqsədindən xəbər verir. Artıq
istər xaricdə, istər daxildə heç kəs şübhə etmir ki, Leyla Yunus məhz
Azərbyacan hakimiyyətini açıq tənqid etdiyi üçün həbs edilib. Onunla
bağlı hakimiyyət tərəfindən müxtəlif şəxslərin adıyla verilən bəyanatlar
da bunu sübut edir. Bütün bu addımlar isə təksə Azərbaycan
hakimiyyətinin qisasçılıq mahiyyətini ortaya qoymur, eyni zamanda
Azərbaycan dövlətini və xalqını beynəlxalq ictimaiyyət qarşısında
nüfuzdan salır”, – deyə bəyanatda bildirilir.
DAH daha sonra “Azadlıq” qəzetinin çapının dayandırılmasına etiraz edir:
“Leyla
Yunusun həbsindən dərhal sonra Azərbaycan Nəşriyyatının 20 min manat
borc məsələsinə görə, “Azadlıq” qəzetinin çapından imtina etməsi isə
Azərbaycanda azad medianın tam olaraq məhv edilmək ərəfəsində olduğunu
təsdiqləyir. Çünki “Azadlıq” qəzetinin satışdan əldə etdiyi 70 min manat
pul “Qasid” firması tərəfindən verilmir. Hakimiyyətin göstərişilə bir
firma qəzetin satışdan əldə edilən pulunu vermir, nəşriyyat isə bu üzdən
yaranan borca görə qəzetin çapından imtina edir. Bu prosesin özü açıq
şəkildə ortaya qoyur ki, “Azadlıq”ın çapından imtina edilməsi məhz
siyasi hakimiyyətin sifarişilə həyata keçirilib. Ölkədə az qala
fəaliyyətsiz KİV-lərə belə KİV-ə Dövlət Dəstəyi Fondundan yüz minlərlə
manat yardım ayrıldığı halda, “Azadlıq” qəzetinin çapının 20 min manata
görəD dayandırılması absurddur. Və bu sifarişin məhz siyasi hakimiyyət
tərəfindən verildiyini göstərir”.
DAH hakimiyyəti Kəlbəcərdə
ermənilərin əsir götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyinə
biganə yanaşmaqda və həmin vaxt öldürülmüş Həsən Həsənovun cənazəsinin
alınmaması üçün heç bir ciddi addım atmamaqda qınayır.
“Atəşkəs
rejiminin davamlı pozulması nəticəsində son bir gün içərisində 10-dan
çox Azərbaycan əsgərinin şəhid olması da bizi dərindən sarsıtdı.
Ölkəmizin bu problemlərdən yeganə xilası isə məhz demokratik bir dövlət
sisteminin qurulmasıdır. Qarabağın azadlığı da, insan hüquqlarının
qorunması da, azad mətbuatın yaşaması da məhz demokratiyadan, ədalətli
cəmiyyət quruculuğundan asılıdır. Biz xaricdə yaşayan azərbaycanlılar
olaraq, hakimiyyəti repressiv əməllərdən çəkinməyə çağırmaqla yanaşı
bildiririk ki, Azərbaycanda demokratik cəmiyyət qurulması üçün lazım
olan bütün hüquqi mübarizə formalarından istifadə edəcəyik. Biz
Azərbaycandan kənarda olsaq da, Azərbaycan bizdən kənarda deyil. O bizim
əzəli və əbədi vətənimizdir. Onu hamılıqla zülmdən və zülmkardan xilas
etməliyik”, – deyə bəyanatda bildirilir

Short URL: http://www.cumhuriyyet.net/?p=10389

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31