"Ermənistana və arxasında duran güclərə Allah bəlalarını versin!"

01.08.2014 - 20:11

Milli
Məclisin deputatı Qənirə Paşayeva Azərbaycan ordusunun 8 əsgərinin şəhid
olması ilə bağlı öz facebook profilində status paylaşıb.

Milli
Məclisin deputatı Qənirə Paşayeva Azərbaycan ordusunun 8 əsgərinin şəhid
olması ilə bağlı öz facebook profilində status paylaşıb.

Həmin statusu təqdim edirik:

Bir
az əvvəl Tovuzda, Aşağı Öysüzlüdə torpaqlarımız uğrunda şəhid olan
Vüqarı torpağa tapşırdıq. Əziz şəhidimiz Vüqar qardaşımız bilirsinizmi
ölümündən 3-4 saat əvvəl ailəsi ilə telefon söhbətində nə deyib, nə
vəsiyyət edib? Şəhidimizin dəyərli anası mənə danışdı ki, şəhid
olmasından bir neçə saat əvvəl oğlu onunla teıefonla danışanda “Ana,
şəhid olsam, ağlama, əyilmə deyib. Təki Vətən sağ olsun”. Şəhidimizin
gözəl anası deyir ki, ay oğul, ehtiyatlı ol, sənə bir şey olsa, mən nə
edərəm sözlərinin cavabında Vüqar  “ay ana, məndən də yaxşı oğullar
torpaqlarımız uğrunda şəhid olub. Toprpaqlarımızı işğaldan azad
etməliyik.
Vətən üçün, torpaqlarımız üçün
şəhid olsam, ağlama, başını dik tut! Çünki şəhid kimi ölmək şərəfli
ölümdür” deyib. Bacısı ilə telefon söhbətində isə anasını, atasını
tapşırıb və deyib ki, əgər mən şəhid olsam, əyilməyin, qürur duyun və
anamla, atama yaxşı baxın. Əziz şəhidimiz Vüqar  qardaşımız sözün həqiq
mənasında qəhrəman qardaşlarımızdandır.
Təhsil
aldığı məktəbə görə əsgərliyə bir neçə il gec gedə bilmə imkanı olduğu
halda, o özü könüllü hərbiyə yazılaraq hərbi xidmətə gedib və hər kəsə
deyib ki, ilk öncə Vətən qarşısında borcu yerinə yetirmək lazımdır.
Vüqarı hər kəs ağıllı, mehriban, qeyrətli, torpağını dəlicəsinə sevən
bir gənc kimi xatırlayır və bu gün onu tanıyanların hamısı, hamımız onun
üçün Vətəni, çörəyi, suyu sənə halal olsun dedik. “Oğlum Vətənimiz,
torpağımız üçün şəhid olub. Düşmən bizi heç zaman əyilmiş görməyəcək və
oğlumla fəxr edirəm ki, o, hər şeydən öncə Vətəni, torpağı düşünürdü”, –
deyən şəhid anamızın əllərindən öpdük. Bütün ağrı və acılarına rəğmən
şəhid övladı üçün təki Vətən sağ olsun deyən atanın qarşısında baş
əyməyə dəyər. Dəyərli şəhidimiz Vüqar öz qısa həyatı ilə bir çox
gənclərimiz üçün ən gözəl örnəklərdən biridir. Allah ona və bütün
şəhidlərimizə rəhmət etsin, nur içində yatsınlar.
Millətimizin
başı sağ olsun! İşğalçı Ermənistana və arxasında duran güclərə Allah
bəlalarını versin! Bu gün Vüqarın yas mərasimində anasının və bütün
şəhid analarının gözündən tökülən yaşın hər damlası üçün cinayətkar
Ermənistan mütləq cavab verəcək. Vüqar kimi qəhrəman oğlullarımızın
varlığı düşmənin mütləq layiq olduğu cəzanı alacağını deyir. Onlar –
şəhidlərimiz düşmənin təxribatlarına layiqli cavab verərkən şəhid
olublar və düşmənə layiqli cavab verən bu cür oğullarla, bu cür
şəhidlərmizlə hamımız  fəxr edirik. Onları heç zaman unutmayacağıq.
Dualarımız onlarladır.

Short URL: http://www.cumhuriyyet.net/?p=10392

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31