Separatçılar azərbaycanlının meyitini qaytarmır

01.08.2014 - 20:34

Ukraynanın Luqansk vilayətində öldürülən azərbaycanlının meyiti hələ də rusiyapərəst qüvvələrdə qalmaqdadır.

ANS TV-nin məlumatına görə,
avtomobilində başından güllələnən 51 yaşlı Telman Sədi oğlu Cəfərovun
meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət olunub.
Azərbaycanın
Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə birinci katibi Asim
Osmanov Luqanskda güllə yarası alan daha 3 azərbaycanlı Vüqar, Mahir və
Ədalət Qəhrəmanovlarla bağlı da məlumat verib.
Onun
sözlərinə görə, Telman Sədi oğlu Cəfərovun meyitinin qohumlarına təhvil
verilməsi ilə bağlı səfirlik tərəfindən Ukraynanın Xarici İşlər
Nazırliyi vasitəsi ilə Kiyevdə yerləşən Beynəlxalq Qırmızı Xaç və Aypara
cəmiyyətlərinin ofislərinə maraciət edilib: “Qəhrəmanovlarla bağlı
məlumata gəlincə, verilən qeyri-rəsmi xəbərə görə, heç bir yaralanma
halı yoxdur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=10393

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31