Bakıda intihar hadisələri təkrarlana bilər

01.08.2014 - 20:49

“Cəmiyyətimizdə intihara meyl hallarının
artmasına gətirib çıxaran əsas amil diqqətsizlikdən qaynaqlanır”.
В·

В·“Cəmiyyətimizdə intihara meyl hallarının
artmasına gətirib çıxaran əsas amil diqqətsizlikdən qaynaqlanır”.
В·

В·Bunu mətbuata dünən Bakı şəhərində baş
verən intihar hadisəsini şərh edərkən Psixologiya və Konsultasiya Mərkəzinin
psixoloqu Elnur Rüstəmov deyib.В·

В·Onun sözlərinə görə, intihar hallarının
artmasının başlıca səbəbi məhz ailədaxili diqqətsizlikdən qaynaqlanır:В·

В·”Bu cür hallarda intihar hallarının
təkrarlanması hazırda Azərbaycanda ən mühüm problemlərdən biri hesab olunur.
Dünən Bakı şəhərində intihara cəhdin qarşısının alınması oxşar halların
təkrarən baş verməyəcəyi anlamına gəlmir. Adətən intihara meyl edən şəxslər
bunu yenidən təkrarlayırlar ki, onlara da suisidal insanlar deyirlər. Həmin
şəxslər əslində intihar yox, diqqət cəlb etmək istəyirlər. Bu cür hadisələr
yalnız qarşısı alınmaqla həll olunmur. Hadisədən sonra da həmin şəxslərlə
maraqlanmaq, onların ailələrinə qayğı və diqqətin artırılması yönündə
məsləhətlər vermək və həmin şəxsləri özünəqəsdə sürükləyən problemlərin
kökündən həll olunması ilə bağlı tədbirlər görmək lazımdır”.В·

В·Psixoloq onu da qeyd etdi ki, bu, Bakı şəhərində
eyni yerdə baş verən ikinci belə intihar hadisəsidir. Bundan öncə də məhz eyni
məkanda bu cür olay təkrarlanmışdı və bu, həmin hadisənin yenidən baş
verməyəcəyinə dəlalət etmir.В·

В·Dünyada olduğu kimi, Azərbaycanda da elə yerlər
var ki, insanlar məhz intihar etmək üçün oraya üz tuturlar:

В·”Belə düşünürəm ki, dünənki hadisənin baş
verdiyi yerlə bağlı hansısa tədbirlər görmək lazımdır. Əks təqdirdə olay
təkrarlana bilər. Suisidal insanlar əslində intihara təşəbbüs edərkən
cəmiyyətin diqqətini çəkmək istəyirlər. Ona görə də, harada belə suisidallara
rast gəlsək, onlarla yalnız söhbət edərək bu fikirlərindən daşındırmaq
lazımdır. Məsələn, bəzən hər hansı bir şəxs ” belə getsə, intihar edəcəm”
dedikdə heç kəs onu ciddi qəbul etmir. Halbuki bunu normal psixologiyada olan
insan demir. Beləliklə, bu cür insanlar intihara meylli insanlar hesab
olunurlar ki, onlarda da özünəqəsdə – riskə meyllilik güclü olur”.В·

В·Psixoloq Elnur Rüstəmov onu da qeyd etdi ki, son
illər Azərbaycanda bu kimi halların artması müşahidə olunur. Yaxşı olar ki,
insanlara, xüsusən də gənclərə qarşı qayğı və diqqət artırılsın.В·

В·Xatırladaq ki, dünən paytaxtın Nizami rayonu
ərazisində “Koroğlu” stansiyası yaxınlığındakı körpüdən özünü atmaq istəyən
şəxsin intihara cəhd hadisəsinin qarşısı alınmışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=10395

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31