QAT sədri: "Matəm elan etməyə ehtiyac yoxdur"
“Belə şəraitdə həlak olan əsgərlərə görə matəm elan etməyə ehtiyac
yoxdur”.
Bu sözləri mətbuata
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı cəbhənin təmas xəttində 11
əsgərimizin şəhid olması ilə bağlı danışarkən dedi.
QAT sədri hesab edir ki, buna ehtiyac yoxdur:
“Matəm elan edilməsi gözlənilmir. Biz Ermənistanla illərdir müharibə
şəraitindəyik. Bu müharibənin xarakterinə uyğun bir hadisədir. Belə şəraitdə
həlak olan əsgərlərə görə matəm elan etməyə ehtiyac yoxdur”.
A.Nağının sözlərinə görə, gənclərin sosial şəbəkələrdə başlatdığı Şəhidlər
Xiyabanında baş tutması gözlənilən görüşünə QAT gəncləri də qoşulacaq:
“Gənclərin sosial şəbəkələrdə təşkil etdiyi görüşə qoşulan gəncləri
alqışlayıram. Bizim təşkilatın gənclərindən də ora gedənlər olacaq. Çox
sevinərdim ki, o gənclərin tələbi tezliklə müharibənin başlanması olsun”.
Qeyd edək ki, cəbhənin Ağdam istiqamətində gedən atışma nəticəsində 11
əsgərimiz şəhid olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=10401