İqtidarın repressiyaları və müxalifətin yay tətili
həddinə çatmaqdadır. Həbslər, təzyiq və təqiblər nəinki səngimək bilmir,
əksinə, yeni mərhələyə qədəm basıb. Hakimiyyət qarşısına konkret məqsəd
qoyub – növbəti parlament seçkilərinə qədər tənqidçi medianın və
müxalifətin nəfəsliklərini bağlamaq.
planı üç il ərzində” yerinə yetirməyə vərdiş eləmiş iqtidar ideoloqları
payıza qədər bütün problemləri həll etmək, siyasi müstəvini tamamilə
təmizləmək niyyəti güdürlər.
etiraz aksiyalarının keçirdilməsi üçün hər cür səbəb var. Siyasi
rəqiblərin həbsi, tənqidçi medianın çapının dayandırılması, sərhəd
bölgəsində son 20 ildə ən irimiqyaslı əməliyyatın keçirilməsi və 11
şəhidin verilməsi, hakimiyyətin 3 ton heroin və beynəlxalq narkotrafik
damğasından təmizlənə bilməməsi, günü – gündən artan sosial problemlər
axırıncı prezident seçkilərindən sonra unudulan mitinq və etiraz
aksiyalarının keçirilməsini aktual edir.
bu barədə düşünən belə yoxdur. Yenə bəyanatlar və bir-iki dəyirmi masa
ilə proseslərə nöqtə qoyan müxalifət sanki yay tətilinə çıxıb.
budur ki, qarşıdan gələn payız olduqca sərt olacaq. Ehtimal etmək olar
ki, yay hücumundan sonra siyasi opponentlərini zərərsizləşdirmək
hakimiyyətə elə də çətinlik yaratmayacaq.
kütləvi etiraz aksiyalarına başlamasını yubandırmağı da anlamaq
mümkündür. Vaxtilə meydanlara yüz minləri toplayan müxalifət bu gün ən
yaxşı halda 3 min insanı aksiyaya cəlb edə biləcəyindən ehtiyat edir.
başlıca səbəb isə odur ki, müxalifət bu 20 ildə ortaya hakimiyyətin
qanunsuzluqlarını əngəlləyəcək güc qoya bilmir. Bu da anlaşılandır.
Mövcud paradiqmalarla nəyisə dəyişmək mümkün deyil. Dəyirmi masalar və
“bəyanat savaşı” effekt vermir. Paradiqma dəyişikliyi qaçılmazdır. Bu
barədə isə düşünən yoxdur.
odur ki, gələn il Azərbaycanda yay Olimpiya Oyunları keçiriləcək.
Ehtimal etmək olar ki, bu beynəlxalq tədbirə qədər mitinqlərin
keçirilməsinin məqsədə uyğun olmaması Qərb tərəfindən müxalifətin
nəzərinə çatdırılıb.
tutmasında maraqlıdır. Sabitliyin pozulmasına gətirib çıxaracaq addımlar
Qərbə sərf etmir. Odur ki, müxalifəti küçə və meydanlardan, ofislərə
yığır.
gəncləşməsi, yeni simaların önə çəkilməsi də proseslərin gedişatına
müsbət təsir göstərə bilərdi. Lakin bütün bunlar ənənəvi müxalifət
düşərgəsində güclü müqavimətlə qarşılaşır.
repressiyaları qarşısında aciz qalan, yenilənmək istəməyən siyasətçilər
baş verənlərin acığını mətbuatdan və jurnalistlərdən çıxmaq istəyirlər.
Bu isə artıq daha ciddi mövzudur. Hər halda adıçəkilən xəstəliyin
müalicəsi üçün prosesə psixiatrların da cəlb olunmasını vadar edir.
zəifliyi fonunda sistemdən kənar siyasi qüvvələrin, o cümlədən marjinal
qrupların meydana gəlməsi qaçılmaz görünür. Ölkədə o dərəcədə anormal
vəziyyət yaranıb ki, protest elektoratı daha ardıcıl və qətiyyətli
mübarizə aparmasını istəyir. Ölkədəki siyasi abı hava bunu tələb edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=10403