ATƏT rəsmisi Azərbaycanda son hadisələrdən şoka düşüb
ATƏT rəsmisi Azərbaycanda son günlərin hadisələrindən şoka düşüb.

Bunu avqustun 1-də ATƏT-in Parlament Assambleyasının Demokratiya,
İnsan Haqları və Humanitar Məsələlər Komitəsinin sədri İsabel Santos öz
bəyanatında bildirib.
Santos insan haqları fəalı Rəsul Cəfərovun ölkədən çıxmasına qadağan
qoyulmasını Azərbaycan hakimiyyətinin diqqətinə çatdırıb və bildirib ki,
Leyla Yunusa və onun həyat yoldaşına qarşı ittihamlar açıq-aşkar
siyasiləşmiş ittihamlardır.
Santos deyib ki, Azərbaycanın vətəndaş cəmiyyətinə son hücumlar
Azərbaycanın müasir, demokratik ölkə olmaq istəyini ələ salmaqdır.
Santos əlavə edir ki, bu hadisələrin Bakıda ATƏT-in Parlament
Assambleyasının illik toplantısından heç bir ay keçməmiş baş verməsi
bunları daha biabırçı edir. (azadliq.org)
Short URL: http://www.cumhuriyyet.net/?p=10404