"Birinci hamiləliyim zamanı gizlicə abort elətdim ki, döyüşə gedə bilim"
Qarabağ döyüşçüsü Sima İbrahimovanı tanıyaq: “Atamın başını yerə soxa bilməzdim”…
Qarabağ döyüşçüsü Sima İbrahimovanı tanıyaq: “Atamın başını yerə soxa bilməzdim”…
Qarabağ
müharibəsi bütövlükdə yurdumuzun, xalqımızın taleyində iz qoyduğu kimi,
ayrı-ayrı fərdlərin də həyatını tamam dəyişib. Neçə-neçə qeyri-adi
talelər yaşanıb. Müharibədə şücaət göstərərək, həyatını ömürlük Qarabağa
bağlamış Sima İbrahimova da keşməkeşli tale sahibi olub.
oxuya-oxuya işləyirdim. Həmin vaxt hər müəssisə Qarabağa yardım
göndərirdi. Bizimkilər də eyni zamanda. Amma elə oldu ki, yükün üstündə
getməyə adam tapmadılar. Mən müdirə yaxınlaşıb, könüllü getmək
istədiyimi dedim. Düzü uşaqlıqdan sovet hərbi kinolarının dəlisi idim.
Həmişə özümü partizan obrazında görürdüm. Amma yaşım az olduğundan
müdirim razılaşmadı. Lakin inadımdan dönmədim. Bir qadın da vardı, dedi
mən onunla gedərəm. Elə alındı ki, ikimiz o yükün üstündə Ağdama
getdik”.
qardaşımız olsa da atam həmişə mənə oğul deyərdi. Məni oğlan kimi
böyütmüşdü. Gecə işdən gələndə bir dəfə qabağıma çıxmazdı. Balkondan
durub, baxardı. Deyərdi oğulu qarşılamaq lazım deyil. Odur ki, Ağdama
getməyimə etiraz etmədi.
Ordan gəldim atama dedim ki, mən cəbhəyə getməliyəm. Orda qadınlara
ehtiyac var. O, dedi ki, uşaqsan. Dedim, ay ata getmək istəyirəm. Bir
müddət düşündükdən sonra qərarını dəyişdi. “Əgər hər evə bir əsgər
düşürsə mənim evimdən oğul əvəzi sən gedəcəksən”-dedi. Qardaşıma
qıymadı. Heç biz də qıymırdıq.
Mən idim. Əvvəl 1-2 saat hamıya qəribə gəldim. Sonra tanıdıqca, özümü
aparmaq qaydamı gördükcə qardaş-bacı kimi yola davam etdik. Bilirsiniz,
hər şey adamın özündən, özünü aparmağından asılıdır.
qəhrəman Əliyar Əliyev bizim kənddən idi. Birinci ona müraciət etdim.
Dedi çox uşaqsan. Mən də bildirdim ki, bu niyyətlə gəlmişəm, qayıdası
deyiləm: “Əgər qəbul etmirsinizsə başqa batalyona yazıla bilərəm”, –
söylədim. Amma o bizim kənddən idi deyə, istəyirdim onun batalyonunda
olam. Nəsə gördüm alınmır, Xalq Cəbhəsinin Könüllülər batalyonuna
yazıldım. Orda da oranın rəhbəri Adil Həşimov idi. O, da əvvəl narazı
oldu. Dedim əgər sizi qane etməsəm məni geri qaytarmağa haqqınız var
amma mənə şans verin.
kişi kimi apardım. Heç kəs mənə güldən ağır söz deyə bilmədi. Ondan
başqa, nə öyrədilirdisə hamısını tez mənimsəyirdim. Qüsursuz şəkildə
icra edirdim.
dəqiq şəkildə hə desəm, yalan olar. Çünki döyüşdə ümumi atışmada
olmuşam. Kimsə yaralanan da isə mənim işim dəyişirdi. Yaralılara yardım
edirdim. Atam həkim olduğu üçün dərmanları tanıyırdım, xəstələrə ilkin
tibbi yardımı göstərə bilirdim.
yaralını Şuşadan görmüşəm. Təzə getmişdim. Kazarmada özüm də ağrıdan
ölürdüm. Böyrəklərim ağrıyırdı. Ağrıdan bəlkə də divarlara dırmaşırdım.
Amma heç kəsə demirdim. Çağırdılar ki, bəs yaralılar gəlib. Çölə çıxanda
rəngim qaçdı, öz ağrılarımı da unutdum. İlk dəfə elə ağır yaralı, qan
gördüyüm üçün titrəyirdim. Birtəhər iynələrini vurdum, yaralarını
sarıdım. Qan iyi məni dəli etmişdi. Sonralar da yenə ən iyrəndiyim qan
qoxusu olub. Elə olurdu on günlərlə su tapmırdım ki, çimim, paltarımı
dəyişim. Qan qoxusu üstümə hopurdu.
Heç vaxt. Dörd qız idik, komandirimiz Adil Həşimov bizi göz bəbəyi kimi
qoruyurdu. O vaxt başqa qızlar da gəlmişdi. Onları yaxşı qız deyildilər
deyə, ordan qovdular. Biz dördümüz isə normal ailə qurmuşuq.
bölməmizin oğlanları da bizi hər şeydən qoruyurdu. Mən nişanlananda o
ordan dedi mən səni istəyirəm, bu burdan dedi… Dəhşətə gəldim ki, bunu
mənə niyə deməmisiniz mən başqa batalyondan birinə nişanlandım.
İnanın, öz həkimimə qədər məni istəyib, mən bilməmişəm. Yəni demirdilər.
Risk etmirdilər.
batalyona gələn gündən başqa batalyonun bir əsgərinin gözü mənə
düşmüşdü. Kimdən soruşmuşdu bu qız kimdi, üstümdə dava düşmüşdü. Deyirəm
axı, bizim batalyonun oğlanları məni çox qoruyurdu. Bu da görüb belə
ləyaqətli biriyəm, daha da gözündə ucalmışam. Bir dəfə dostunu öyrətdi
ki, get o qızdan soruş kimdi, hardan gəlib. Mən də acıladım. Sonra elə
oldu ki, uzun müddət görmədim onu.
gələndə dedilər, Qubadlıdan bir oğlan düşüb xəstəxanaya amma ona
baxmayıblar. Biz də döyüşçü dostlarla həmin adamı axtarmağa getdik.
“Semaşko”da palataları gəzəndə bunu gördüm, dedim deyəsən, Qubadlıdan
gələn yaralı bu oğlandı. Yaxınlaşdıq o, oldu. Məni görəndə elə sevindi
ki. İstədiyi yar idi, yetirdi pərvərdigar.
da gecə ilə dözməyib, xəstəxanadan yanıma qaçmışdı. Bir də gördüm gecə
ilə gəlib ki, yaramı aç, bax. Mən də dedim sən xəstəxanadan qaçmısan
baxa bilmərəm. Həkimim də dedi, bax. Baxmadım. Bu da etmə tənbəllik
gedib, “zubil”i qoyub qabağına, gipsi sındırıb, sabahısı yenə gəlib
yanıma. Deyir: “Yaramı sarı”. Nəsə yarasını sarıdım. Bir də gördüm deyir
ki, olar sizə bir söz deyim. Dedim nə olub, buyurun. Dedi, sən mənə
köməklik etmisən, səni evimizə qonaq çağırmaq istəyirəm. Mən də dedim
bura qapı-qapı gəzməyə gəlməmişəm, get bir də bura gəlmə.

atamın başını yerə soxa bilməzdim. Qohum-qardaş hamı hərbidə olduğum
üçün mənə pis baxırdı. Mən də özümü qorumalı idim. Dedim, istəyirsənsə
elçi göndər. Beləcə elçi göndərdi, evləndik.
elə olub ki, 10 günlərlə onunla birlikdə səngərdə qalmışıq. Ac, susuz.
Qışın günüdə, qar suyu əridib içirdik. Quru meyvələr yığıb, yeyirdik.
ordakı insanlara bağlı idim. Əsgərlərə kömək etməli idim. Birinci
hamiləliyim zamanı gizlicə abort elətdim ki, döyüşə gedə bilim. Halbuki,
bilirdim sonsuz qala bilərəm…
Günlərlə ac qalmağım. Döyüş yoldaşlarımın ölməsi. Və ömürlük
əsəblərimin pozulması. Əsəblərimin pozulması da bütün orqanlarımı
sıradan çıxardıb.
ildə ikinci dəfə hamilə olanda “uvolit” oldum. Yenidən qayıdan da məni
hərbiyə götürmədilər. Sözlərinin üstlərində durmadılar. Adam belə
şeyləri görəndə özünə nifrət edir.
vaxt vətən məhəbbəti çox idi. Bir də sizə açığını deyim. Bugünkü gün
bizə verilən dəyərdən sonra heç kəs müharibəyə getmək istəmir. Əgər
qaçqın yurduna qayıtmaq istəməyib, xoş gününü burda görmək istəyirsə,
əgər Qarabağ əlili döyülürsə, əgər şəhid ailəsi zülm çəkirsə kimdə
vətənpərvərlik hissi qalar?!
Short URL: http://www.cumhuriyyet.net/?p=10405