Tətilin çoxluğu şagirdi təhsildən ayırır

01.08.2014 - 22:44

Dünyanın heç bir ölkəsində təhsildə üç aylıq tətil yoxdur. Bu
baxımdan da tədris müddətinin uzadılması ilə bağlı qərar düzgündür”.

“Dünyanın heç bir ölkəsində təhsildə üç aylıq tətil yoxdur. Bu
baxımdan da tədris müddətinin uzadılması ilə bağlı qərar düzgündür”.

Bu sözləri mətbuata
açıqlamasında təhsil eksperti Nabatəli Qulamoğlu deyib. Tədris müddətinin
uzadılması ilə bağlı Təhsil Nazirliyinin Nazirlər Kabinetinə müraciət etməsinə
münasibət bildirən ekspert bunun üstünlüklərindən danışıb:

“Tətil müddətinin çox olması şagirdi təhsildən ayırır və yeni dərs ili
başlayarkən tədris prosesinə uyğunlaşmaq bir qədər vaxt aparır, onların dərs
proqramını mənimsəməsi çətin olur. Bu baxımdan da tədris müddətinin
uzadılmasını düzgün hesab edirəm”.

Lakin N. Qulamoğlu tədris müddətinin məhz iyunun 15-nə qədər artırılmasının
əleyhinə olduğunu da vurğulayıb:

“Bu sahədə kifayət qədər təcrübəsi olan bir şəxs kimi deyirəm ki, may ayının
15-dən sonra orta məktəblərdə dərslərin keçirilməsində problem yaranır. Çünki
Azərbaycan isti ölkədir və dərs otaqları da lazımi avadanlıqlarla təchiz
edilmədiyindən şagirdlər bu aylarda keçirilən dərslərə çox həvəssiz yanaşırlar.
Ona görə də, dərs ilinin yenidən sentyabrın 1-də başlaması və may ayının
sonunda bitməsi daha düzgün olardı”.

Təhsilini davam etdirmək istəyən şagirdlər onsuz da bütün yay aylarında
repetitor yanına gedirsə, tədris müddətinin 15-20 gün artırılmasına nə ehtiyac
var? – sualına cavabında isə ekspert bildirib ki, təhsil yalnız ali məktəblərdə
oxumaq istəyənlər üçün deyil və müddət artımı bütün şagirdlər üçün nəzərdə
tutulub.

Qeyd edək ki, hələ
bir müddət öncə Təhsil Nazirliyi 12 illik təhsilə keçid və tədris müddətinin
uzadılması məsələsini gündəmə gətirmişdi. Tədris müddətinin
uzadılmasının rəsmiləşdirilməsi üçün artıq Nazirlər Kabinetinə də müraciət
edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=10408

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31