Rusiyada blogerlərə qarşı qanun qüvvəyə minib

01.08.2014 - 22:58

Rusiada bu gün qüvvəyə minən yeni
qanuna görə, gündəlik 3000-dən çox ziyarətçisi olan bloqlar dövlət
qeydiyyatından keçirilməlidir. Tənqidçilər deyir ki, bu qanun müstəqil
internet müəlliflərinə təzyiq məqsədi güdür.
Avqustun 1-də qüvvəyə minən qanun blogerlərdən tələb edir ki,
istifadə etdikləri bloqları Kütləvi İnformasiya Vasitəsi kimi
qeydiiyyatdan keçirsin və bu yolla da onların yanlış informasiyasına,
nifrət və təhqirlərinə nəzarət tənzimlənsin.
Blogerlər mətbuata nəzarət edən Roskomnadzora şəxsi məlumatlarını
verməli və bloqa yazılan şərhlərə görə məsuliyyət daşıdıqlarına dair
öhdəlik götürməlidirlər.
Qanuna əməl etməyən blogerlər 1400 dollar cərimə olunacaq və
onların fəaliyyətinə Rusiya ərazisində qadağa qoyulacaq. Oxşar addım
atan qurumlar isə 14 min dollarədək cərimələnə bilər.
İzvestiya qəzetinin məlumatına görə, Roskomnadzor artıq 7 blogerin
adını da açıqlayıb. Onlar arasında yazıçı Boris Akunin, tənqidçi Eduard
Limonov, aktyor Mixayıl Qalustyan və fotoqraf Sergey Dolyanın da adları
var (“Amerikanın səsi”).

Short URL: http://www.cumhuriyyet.net/?p=10410

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31