Əli Kərimlidən hakimiyyətə hərb ittihamları
“İllər ərzində
möhkəmlənmiş müdafiə mövqeyinə hücum edib, 11 nəfəri öldürə bilmək üçün
düşmən ciddi qüvvə ilə hərəkətə keçməli və müdafiədə olanlardan azı 3-4
dəfə artıq itki verməli idi”
AXCP sədri Əli Kərimli Facebook səhifəsində cəbhədə baş verən son hadisələrə münasibət bildirib:
11 əsgərimiz şəhid oldu. Allah onlara rəhmət eləsin, ailələrinə səbr versin.
Təəssüf ki, son vaxtlar cəbhədə atəşkəsin pozulması halları artıb.
Erməni tərəfin bu həyasız hücumunun arxasında bütövlükdə regionu təsiri
altına salmaq istəyən dövlətin kölgəsi çox aydın görünür. Əks halda
haradandır Ermənistanda bu cəsarət? Məni 2 sual hazırda çox düşündürür.
1. Ermənistanın sərhədlərimizi bu şəkildə pozması, ərazilərimizə
hərbi müdaxiləsi niyə hökumət tərəfindən beynəlxalq ictimaiyyətin
müzakirəsinə çıxarılmır? Niyə atəşkəsi pozan tərəfə – Ermənistana qarşı
beynəlxaq səviyyədə ictimai təzyiq, onun bu hərəkətinin pislənilməsi
təşkil olunmur? “Regionun lider dövləti” niyə susur? Bəlkə bu yolla
ictimaiyyəti atəşkəsin daimi pozulmasına, hərbi əməliyyatların ciddi
şəkildə bərpa olunmasına hazırlayırlar?
möhkəmlənmiş müdafiə mövqeyinə hücum edib, 11 nəfəri öldürə bilmək üçün
düşmən ciddi qüvvə ilə hərəkətə keçməli və müdafiədə olanlardan azı 3-4
dəfə artıq itki verməli idi. Əlbəttə, əgər bizim müdafiənin təşkilində
ciddi səhvlərimiz olmayıbsa. Ermənistan bu əməliyyatlarda 30-40 nəfər
əsgər itiribmi? Ermənistan ordusu 30 nəfərin ətrafında itki versəydi,
matəm elan edərdilər. Orada matəm elan olunubmu?
Hökumət xalqa izahat verməlidir.
Short URL: http://www.cumhuriyyet.net/?p=10412