Rəsmi təbliğatın cəbhə yalanları
Rus snayperləri, tvitter şayəsi, erməni hücumu, yoxsa…
Cəbhə xəttində bir gecədə 11 nəfərin (əvvəlcə 8 nəfər haqqında xəbər
yayılmışdı amma) şəhid olması barədə məlumat, təbii ki, çox böyük
itkidir. Buna uyğun da reaksiya doğurmaqdadır. Amma bütün reaksiyaları
adekvat saymaq olmaz. Xüsusilə də, bu faktın Müdafiə Nazirliyinin
hissələrinin səhlənkarlığının ört-basdır edilməsi ilə bağlı hissəsini.
Hər şeydən əvvəl səhlənkarlıq və arxayınçılıq göz önündədir. İlham
Əliyevin vərdiş halını almış “hücum” ritorikasını nəzərə alsaq, ikiqat
səhlənkarlıq. İlham Əliyevi ali baş komandan hesab edən ordu üçün ikiqat
səhlənkarlıqdır. Hərbiyyun ritorikanı yerli ictimai rəydə özünüreklam
arqumentinə çevirmiş ali baş komandanın ordusu təmas xəttini
(sərhədlərimizi demirik, çünki bu barədə danışmağa dəyməz) dördgözlə
qorumalı olduğu ilk vəzifədir. Belə çıxır ki, hətta orduda da İlham
Əliyevin “lazım gəlsə” ritorikası qeyri-ciddi qarşılanır və bu
ritorikaya uyğun döyüş hazırlığı yoxdur.
Yeni Müdafiə nazirinin isə peşəkarlıqdan daha çox populizmlə məşğul
olduğu da ortalıqdadır. Daha çox şəkil çəkdirməklə və daha çox populist
ifadələr işlətməklə ordu quruculuğunun əlaqəsi olmamalıdır.
Qayıdaq, faktla bağlı manipulyasiyalarla.
amilini ortalığa tulladılar. Bəri ba.dan demək olar ki, rus snayperləri
söhbəti əlacsızlıqdan ortalığa atılıb. Müdafiə nazirinin və ali baş
komandanın asıb-kəsən bəyanatlarından belə çıxmalı idi ki, ermənilər
bizə heş zad eləyə bilməzlər və onlar bizdən qorxurlar. Buna görə də,
bizdən qorxmayan rus obrazını təmas xəttinə sürümək və onların əlinə
snayper tüfəngləri vermək lazım gəlir. Rsular indi Qarabağla bağlı böyük
intriqalarla məşğuldurlar, Azərbaycan hökumətinin başını birtəhər
aldadıb, Dağlıq Qarabağın ermənilərlə, həm də snayper yolu ilə deyil,
siyasi yolla verilməsu üzərində düşünürlər. Bu söhbət, həm də onunla
qeyri-ciddidir ki, guya erməni snayperləri güllə ata bilmirlər. Ruslar
Ukraynada haqq etdikləri qalaq-qalaq meyit daşımaqla məşğuldurlar və
onları ermənilərin gecə hücumuna hansısa səbəblər üzündən soxduqlarını
ərz etdim.
Başqa bir xəbər qaynağı belə bir tvitter versiyası atdı ki, guya gecə
hücumunda 51 nəfər erməni əsgəri öldürülüb. Bu tvitxəbər də təkzib
edildi və bəlli oldu ki, bu tvitter istifadəçisi uydurmadır, “made in
Baku”dur.
Amma hətta təkzib olunmasa belə, bu iki xəbər arasında bir əlaqə
tapmaq mümkün deyil. Yaxşı, ötən gecə ermənilər hücum edərək 11 nəfəri
öldürüb 51 nəfər itki veriblərmi, yoxsa hansısa rus snayperləri (və ya
slavyangörünüşlü erməni snayperləri) bizizm əsgərləri öldürüb? Bu iki
versiyadan birini seçmək lazım gələrdi. Əgər bizim əsgərləri snayperlər
vurublarsa, o zaman bermənilərin bu gecə hücumunu təşkil edərək 51
nəfəri güdaza verməklərinin nə anlamı vardı& Ermənilər axmaqdır,
yoxsa bizim xəbər qaynaqları dezinformasiya yayırlar? Deyəsən, ikinci
variantın əleyhinə arqument tapmaq çətindir.
Müdafiə nazirliyi ilk rəsmi reaksiyası ilə bildirdi ki, ötən gecə bir
qrup erməni diversantı təmas xəttinə hücum edərək bizim mövqelərimizi
ələ keçirmək istəyiblər. Müdafiə nazirliyinin bu rəsmi açıqlaması da rus
snayperləri və 51 erməni ölüsü barədə versiyaları da istisna edir.
Nazirliyin aşıqlamasının açması çox sadədir. Ermənilər hücum ediblər,
bizim təmas xəttində müdafiənin düzgün təşkil edilməməsi nəticəsində 11
nəfər itirmişik. Müdafiə olunan tərəf olaraq bu qədər itkinin verilməsi o
deməkdir ki, ermənilər dəqiq kəşfiyyat məlumatları ilə müəyən etdikləri
koordinatlar üzrə hərəkət ediblər. Bu o deməkdir ki, bir neçə gün əvvəl
həmin koordinatlarda nə baş verdiyini erməni kəşfiyyatçıları
müəyyənləşdiriblər və sağ-salamat da geri dönüblər. Bu nəticə də onu
sübut edir ki, Azərbaycan ordusu təmas xəttinə ciddi əhəmiyyət vermir.
Polkovnik İsa Sadıqov bu barədə arqumentlərini aşkarlayıb. Bu, peşəkar
yanaşmadır və bu mülahizəyə heş nə əlavə etmək mümkün deyil.
Sadəcə bir məsələni əlavə etmək lazımdır ki, indi bizim rəsmi hərb
ekspertlərimiz və ordudakı strateqlərimiz özlərini daha ağıllı
aparmalıdırlar. Onu qiymətləndirmək lazımdır ki, indi Qarabağ münaqişəsi
ətrafında olduqca kövrək və təhlükəli siyasi şərait yaranıb. Ən böyük
təhlükə mənbəyi isə Rusiyadır. İndi bütün dünyada sıxışdırılan və siyasi
mövqelərinin ardınca hərbi strateji mövqelərindən qovulmaq ərəfəsini
yaşayan Rusiya qafqazda böyük bir intiriqa yarada bilər. Daha doğrusu,
bərpa edə bilər. Qarabağ müharibəsinin Azərbaycanın təşəbbüsü olmadan
başlanması bizim əleyhimizədir. Gerçək hərbi durum bunu təsdiq edir.
Bizim təşəbbüsümü (eyni zamanda sübut olunur ki, uyğun hazırlığımız)
olmadan başlaya biləcək hərbi əməliyyatlar qarşısında nə Müdafiə
nazirinin səngər şəkilləri, nə də İlham Əliyevin vaxtsız gələn lazımı
bir şey edə bilər.
Boş və yalan bəyanatlar verməkdənsə ordunu hazırlaşdırmaq, əsgərə
təlim vermək lazımdır. Zəruri təlim görməyən əsgərlərin təmas xəttinə
doldurulması axmaq taktikadır və bundan imtina etmək lazımdır(azadliq.info).
Short URL: http://www.cumhuriyyet.net/?p=10413