ANS-in şəhidlərin anımı ilə bağlı saxtakarlğı

02.08.2014 - 00:42

Bu gecə cəbhə xəttində baş verən atışmada şəhid olan əsgərlərimizin anım mərasiminə polis imkan verməyib

Feysbuk sosial şəbəkəsində “tədbir” (“event”)
yaradan gənclər saat 20:00-da Şəhidlər Xiyabanında şəhidləri ziyarət
etməklə bu gün torpaq uğrunda döyüşdə dünyasını dəyişən 8 (qeyri-rəsmi
xəbərlərə görə 11) əsgəri anım törəni keçirəcəkdilər.

Tədbirin təşkilatçılarından olan jurnalist Tural Qurbanlının axar.az-a bildirdiyinə görə, saat 18:00-a onu Bakı Şəhər Baş Polis
İdarəsinə dəvət ediblər:

“Dəvət edərkən bildirdilər ki, sadəcə tədbirin mahiyyəti barədə
söhbət etmək istəyirlər. Ancaq idarədə mənə bildirdilər ki, ya burdan
çağırış et və tədbiri ləğv et, ya da səni saat 21-ə qədər saxlayacağıq.

Təbii ki, mən çağırış etmədim və onlar da məni buraxmadılar. Heç bir
təzyiq olmadı, əksinə, məni başa düşdüklərini bildirdilər və nəzakətlə
davrandılar, sadəcə, qanunvericilk baxımından icazə verə
bilməyəcəklərini anlamağımı xahiş etdilər”.

Tədbiri keçirməkdə məqsədlərinin yalnız şəhidlərin xatirəsini anmaq
və Müdafiə Nazirliyinə çağırış etmək, istənilən an orduya qayıtmağa
hazır olduqlarını bildirmək olduğunu deyən Tural Qurbanlı İdarədən
çıxdıqdan dərhal sonra Şəhidlər Xiyabanına gedib:

“Mən saat 21:00-da Bakı Baş Polis İdarəsindən buraxıldım və təbii ki,
dərhal Şəhidlər Xiyabanına getdim. Təəssüf ki, təşkilatçı olmadığından,
tədbir istədiyimiz kimi alınmamışdı. Ancaq gənclər ANS əməkdaşlarına
açıqlama verə bilmişdilər və o materialın montajsız variantı artıq
sosial şəbəkədə yayılıb.

Bütün hallarda səsimizə səs verib Şəhidlər Xiyabanına şəhidlərimizi
anmağa gələn və qisasa hazır olduqlarını bəyan edən gənclərimizə
təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin”.

Short URL: http://www.cumhuriyyet.net/?p=10414

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31