Qazaxın bir kəndi boşaldıldı

02.08.2014 - 01:04

“Bala
Cəfərlidən artıq qadın, uşaq və yaşlılar çıxarılıb. Kənddə yalnız
kişilər qalıb”

 
Qazaxın Bala Cəfərli kəndindən qadın, uşaq və yaşlılar çıxarılıb. Bu
barədə Axar.az-a Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli
Komitəsinin Qazax-Ağstafa filialının başçısı Xamis Məsimov məlumat
verib. O, dünən ermənilərin atəşkəsi şiddətli şəkildə pozmasına görə
insanların belə bir addım atdığını bildirib:
“Bala
Cəfərlidən artıq qadın, uşaq və yaşlılar çıxarılıb. Kənddə yalnız
kişilər qalıb. Bala Cəfərli birbaşa ermənilərin ovucundadır. Yəni oradan
istənilən atəş kənd üçün təhlükədir. Dünən vəziyyət o həddə idi ki,
kənddə sürünərək hərəkət etmək məcburiyyətində qalırdın. Kişilər
qadınları, uşaqları qorumaqdan ötrü rayona göndəriblər. Atışma səngiyən
kimi onlar geri dönəcəklər. İndi Qazax istiqamətində vəziyyət normaldır.
Atışma səsləri demək olar ki, kəsilib”. Rayonda insanların
əhval-ruhiyyəsinin çox yüksək səviyyədə olduğunu bildirən Xamis Məsimov
inanır ki, Azərbaycan Ordusu kəndi atəşdə saxlayan erməni mövqelərini
birdəfəlik susduracaq.
Qeyd edək ki, bu gün
Qazaxın Məzəm və Abbasbəyli kəndlərindən də qadınlarla uşaqların
çıxarılması haqqında informasiya yayılmışdı. Lakin Qazax icra hakiminin
müavini xəbərləri təkzib edərək, heç kəsin evini tərk etmədiyini rəsmən
bəyan etdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=10416

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31