Cəbhədən yalan xəbərə görə Eynulla Fətullayev də qınandı

02.08.2014 - 02:14

Rauf Mardiyev Eynulla Fətullayevi erməni adı ilə hesab açıb yalan
yaymaqda suçlayıb.  “İrəli”nin keçmiş rəhbəribu barədə öz “Facebook”
hesabında yazıb.
Rauf Mardiyev bu gün KİV-də 51 erməninin ölüm
xəbərini yayan şəxsin jurnalist Eynulla Fətullayev olduğunu iddia edib.
O, Eynulla Fətullayevi @e_abramyan adında saxta twitter hesabı yaradaraq
xalqı aldatdığını iddi edib. Keçmiş “İrəli” rəhbərinin statusunu eynilə təqdim edirik:
“Hər
kəsin kədəri, acısı və baş vermiş faciəyə münasibəti, emosiyaları
başadüşüləndir. Amma Eynullanın fake Twitter hesabı açaraq erməni
jurnalistinin adından dünən 51 erməni hərbiçisinin öldürülməsi xəbərini
yayması nə məqsədi güdür? Bu adam cəmiyyəti mi barmağına dolayır, ya
insanların hissləri ilə oynayır, like yığır, prosmotr artırır? Twitteri 2
gün istifadə edə hər kəs baxanda bilər ki, @e_abramyan hesabı bu gün
yaradılıb.
Başqa bir jurnalist statusunda yazıb, “8 şəhid
verdik, amma 51 düşmən öldürdük bu bizim qələbədir”. Burda ən faciəvisi
odur ki, bəziləri baş verənləri statistikaya, rəqəmlərə çevirir. 8
olmasın, bircə nəfər həyatını itirsə belə bu bizə vurulan və əvəzi
veriləbilməyəcək bir faciədir. 51 nəfərə gəlincə, 24 saata bu qədər itki
yalnız tam miqyaslı hərbi əməliyyatlar başlayanda əldə edilə bilər. Hər
birimiz intiqam istəyirik, amma “51 nəfər erməni öldürdük” fikri ilə
özümüzü aldatmayaq. Bu yanlış məlumatdır.
ГЌnanıram ki, qardaşlarımızın qanı yerdə qalmayacaq.”

Short URL: http://www.cumhuriyyet.net/?p=10421

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31