ABŞ Əliyevlə Sarkisian-ı görüşməyə çağırdı
ABŞ cəbhə bölgəsində zorakılığın artmasından narahatlığını bildirib.
Bu barədə ABŞ-ın Dövlət Departamenti bəyanat yayıb:
dərdinə şərikik, biz tərəfləri yubanmadan gərginliyi azaltmalı və
atəşkəs rejiminə əməl etməyə çağırırıq. Münaqişənin hərbi yolla həlli
mümkün deyil. Cavab atəşləri və sonrakı zorakılıqlar sülh danışıqlarını
daha da çətinləşdirəcək”.
Dövlət Departamenti Azərbaycan-Ermənistan prezidentlərini əsas
məsələlər istiqamətində dialoqu davam etdirmək üçün ən yaxın zamanda
görüşməyə çağırıb:
“ABŞ Minsk Qrupu prosesini dəstəkləyir və davamlı həll yolu üçün
səylərə yardım etməyə hazırdır”, – deyə Dövlət Departamentinin
bəyanatında bildirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=10432